8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxana şəraitində daha bir cinayət törətdiyi iddia olunub.
GumdemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, elə bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib.
İddiaya görə, Adnan Oktar qurduğu cinayətkar şəbəkənin fəaliyyətini həbsxana şəraitində davam etdirib.
O, xüsusilə vəkilləri və digər təşkilat rəhbərləri Meltem Daban və Ferhunde Eda Babuna vasitəsilə cinayətkar təşkilatı ayada saxlamağa çalışıb, təlimatlarının həbsxana xaricinə yayılmasını təmin edib, özü barəsində ictimai rəy formalaşdırıb və siyasi lobbi dəstəyi almaq üçün digər təşkilat rəhbərlərinə müraciətlər edib.
Adnan Oktarın həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə görüşdüyü, hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir.
Qeyd edək ki, Adnan Oktar cinayətkar şəbəkə yaratmaq və ona rəhbərlik etmək, cinsi istismar, təhsil haqqına maneçilik, işgəncə, azadlıqdan məhrum etmə və səsyazma kimi müxtəlif cinayətlərdə təqsirli bilinib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?