Gundemxeber.az » Maqazin » 1 il sonra ölüm səbəbi AÇIQLANDI
Ötən ilin iyulunda 56 yaşında vəfat edən irlandiyalı müğənni Şineyd O'Konnorun ölüm səbəbi məlum olub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, məhkəmə ekspertləri sənətçinin xroniki obstruktiv ağciyər və astma xəstəliyinin birləşməsindən öldüyünü bildirib. O, dünyasını dəyişən zaman tənəffüs yolu infeksiyası ilə mübarizə aparıbmış.
Qeyd edək ki, "Nothing Compares 2 U" adlı hiti ilə məşhurlaşan müğənninin 2022-ci ildə 17 yaşlı oğlu intihar etmişdi. Övladını itirən sənətçi daha sonra özünü öldürmək istəmişdi. Şineyd daha əvvəl də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara əl atmışdı. O, 2018-ci ildə İslam dinini qəbul etmişdi.
Gundemxeber.az
27-01-2020, 15:24
2-07-2019, 13:31
27-08-2018, 11:12
18-10-2018, 13:32
18-10-2018, 16:39
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?