Rusiyalı məşhur müğənni Anna Sedokova keçmiş həyat yoldaşı Yanis Timmanın intiharına münasibət bildirib.
"Via-Qra" qrupunun keçmiş solisti bu barədə özünün sosial şəbəkə hesabından paylaşım edib.
İfaçı əri Yanis ilə son illərdə "cəhənnəm həyatı" yaşadığını bildirib.
Bundan başqa Anna insanlardan ailəsini narahat etməməyi xahiş edib və uşağının azyaşlı olduğunu, onun bu baş verənlərdən xəbər tutmasını istəmədiyini deyib.
Yeri gəlmişkən qeyd edək ki, ailənin yaxınlarının sözlərinə görə, basketbolçu Sedokovanı ona qayıtmasa, özünü öldürəcəyi ilə şantaj edib. Yanis hətta keçmiş həyat yoldaşının paylaşımına özünün ölüm tarixini də yazıbmış.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?