"Eurotrip" və "Buffy the Vampire Slayer" filmlərinin ulduzu Mişel Traxtenberqin ölüm səbəbi müəyyən edilməmiş qalıb.
Qeyd olunur ki, aktrisanın ailəsi dini səbəblərə görə onun cəsədinin yarılmasından imtina edib.
Nyu-York Şəhər Tibbi Ekspertiza İdarəsi Traxtenberqin ölüm səbəbini "müəyyən edilməmiş" kimi təsdiqləyib. Aktrisanın meyitinin üzərində zorakılıq əlamətlərinin olmadığı vurğulanır. Məhz buna görə də ştat qanunlarına görə, məhkəmə-tibbi eksperti qohumların yarılmadan imtina etmək qərarını ləğv edə bilməz.
Sorğu
Yeni dizaynımız necədir?