Türkiyəli məşhur aktyor, müğənni və bəstəkar Özcan Dənizin bank hesablarına həbs qoyulması ölkəsində rezonans doğurub.
Gundemxeber.az Türkiyə mətbuatına istinadən bildirir ki, Özcan Dənizin bank hesablarına və kredit kartlarına məhkəmə qərarı ilə blok qoyulub.
Buna səbəb isə sənətçinin illər əvvəl öz qardaşı Ercan Dənizin götürdüyü yüksək məbləğli bank kreditlərinə zamin durmasıdır.
Ancaq kredit borcları illərlə ödənilmədiyindən banklar ilk olaraq Ercan Dənizin əmlaklarını yox, birbaşa Özcan Dənizə qarşı icra prosesi başladıb. Bu isə tanınmış sənətçini son dərəcə ağır maliyyə böhranı ilə üz-üzə qoyub.
Məlumata görə, hazırda onun bütün gəlir mənbələrinə məhkəmə həbsi qoyulub. Hətta gündəlik ehtiyaclarını ödəmək üçün istifadə etdiyi kredit kartları belə bloklanıb.
Hadisədən sarsıldığı açıq-aşkar hiss olunan Özcan Dəniz şəxsi Instagram hesabı və jurnalistlərə verdiyi açıqlama vasitəsilə qardaşı Ercan Dənizə qarşı sərt ittihamlar səsləndirib:
“Bu, Ercan Dənizin ilk xəyanəti deyil. O, mənim keçmişimi oğurladı, indi də gələcəyimi oğurlamağa çalışır. Amma buna əsla icazə verməyəcəyəm!”
Müğənni bildirib ki, bu məsələ onun yalnız maliyyə sabitliyini deyil, şəxsi etimadını da sarsıdıb.
Sənətçi daha əvvəl də ailə daxilində yaşadığı çətinliklər və xainliklərlə bağlı üstüörtülü mesajlar vermişdi, lakin budəfəki böhran bardağı daşıran son damla olub.
Özcan Dənizin hüquqşünasları isə məhkəmənin qərarını qəti şəkildə qanunsuz hesab edərək, rəsmi şəkildə etiraz ərizəsi təqdim ediblər. Onlar bildiriblər ki, zamin şəxs borclunun bütün əmlakı məcburi icraya cəlb olunduqdan sonra məsuliyyət daşıya bilər. Ancaq bu halda birbaşa Özcan Dənizə qarşı tədbir görülməsi hüquqi prosedura ziddir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?