GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa olundu

Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa olundu

Tarix: 13-05-2014, 10:30 Bölmə :Maraqlı Baxış: 0
Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa olundu
Deputatın sabiq komitə sədri ilə müəmmalı “işbirliyi”

Bu günlərdə Qırğızıstanın paytaxtında Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bişkekdə kikboksinq üzrə "Heydər Əliyev kuboku” uğrunda Azərbaycan-Mərkəzi Asiya turnirinin yekun nəticəsinin elanı ilə bağlı maraqlı situasiya yaranıb. Daha doğrusu, turnirin Azərbaycan tərəfindən təşkilatçılığını üzərinə götürən şəxslərin böyük yalanı ifşa olunub. Xatırladaq ki, sözügedən turnirin təşkilatçıları Kikboksinq Federasiyalarının prezidenti, millət vəkili Adil Əliyev və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov olub. “Gündəm xəbər” sübutlarla adıçəkilən şəxslərin, xüsüsilə də Adil Əliyevin Azərbaycan xalqına ünvanladığı doğru olmayan məlumatın nədən ibarət olduğuna aydınlı gətirmək istəyir.
Millət vəkili Adil Əliyev turnirin yekunları ilə bağlı 3 may tarixində öz Facebook hesabında bunları yazıb: "Dostlar, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Azərbaycan Orta Asiyaya qarşı yarışımız 6-6 hesabı başa çatdı. İdmançılarımız çox məharətlə vuruşdular. Bu tədbirimiz çox ağır keçdi, çunki biz dörd ölkənin ən güclü idmançılarına qarşı vuruşduq. İndi isə mediada 3 may tarixində Bişkekdən yaydığı məlumatla tanış olaq: “Bişkek, 3 may Azərbaycanın Qırğızıstandakı səfirliyinin və hər iki ölkənin Kikboksinq federasiyalarının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bişkekdə kikboksinq üzrə "Heydər Əliyev kuboku” uğrunda Azərbaycan-Mərkəzi Asiya turniri keçirilmişdir.
Yarışlarda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan idmançıları iştirak etmişlər.
Qırğızıstanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyi direktorunun müavini Bolot Motukeev çıxış edərək "Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin gözəl təşəbbüs olduğunu diqqətə çatdırmışdır. O, son vaxtlar Azərbaycan ilə Qırğızıstan arasında idman sahəsində əlaqələrin genişləndiyini söyləmişdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Orta Asiya ölkələrində də digər sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət göstərirdi.
Səfir bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində mühüm işlər görülür. İdmançılarımız beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında böyük uğurlar qazanırlar.
Diplomat 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini xatırlatmış, bunun ölkəmizdə idmanın sürətlə inkişafının göstəricisi olduğunu vurğulamışdır. O demişdir ki, Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilmişdir və qələbələrimiz hələ qarşıdadır.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin üzvü Adil Əliyev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır. O, dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi bu istiqamətdə mühüm xidmətlərini qeyd etmişdir. Azərbaycanın beynəlxalq idman yarışlarına da ev sahibliyi etdiyini deyən A.Əliyev kikboksçularımızın nailiyyətlərindən söhbət açmışdır.
Qırğızıstanın əmək, miqrasiya və gənclər nazirinin müavini Marat Nuraliev, Qırğızıstan Milli Olimpiya Komitəsinin rəhbəri Aleksandr Voinov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən idman sahəsində əlaqələrin inkişafı haqqında danışmış, idmançılara uğurlar arzulamışlar.
Sonra yarışlara start verilmişdir. Gərgin keçən yarışlar 6:6 hesabı ilə başa çatmış, idmançılara sertifikatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Salonda "Dostluq qələbə qazandı” şüarları səsləndirilmişdir.
Göründüyü kimi, millət vəkili Adil Əliyevlə medianın yaydığı informasiya məzmun və mahiyyət baxımından üst-üstə düşür. Qeyd edək ki, hər iki məlumat 3 may tarixində Bişkekdən yayılıb. Məsələnin ziddiyyətli tərəfi isə bundan ibarətdir ki, “Gündəm xəbər”ə Azərbaycan yığmasının həmin turnirdə 7-6 hesabı ilə uduzduğu haqda informasiya daxil olub. Bu səbəbdən də məlumatı dəqiqləşdirmək üçün Bişkekdəki həmkarlarımızla əlaqə saxladıq və məlum oldu ki, turnurin yekun hesabı doğrudan da 7-6 olub.
“Gündəm xəbər” deyilənləri sübut etmək üçün Qırğızıstanın ən nüfuzlu media orqanlarından sayılan “Veçernıy Bişkek”də dərc edilən məqalənin sürətini təqdim edir. Qeyd edək ki, sözügedən media orqanı 39000 nüsxə ilə rus dilində çap olunur və bütün Orta Asiyada məşurdu. Təqdim etdityimiz faktdan da görünür ki, qəzet Azərbaycan komandasının uduzduğunu sübut edən dəlil kimi keçirilən bütün görüşlərin nəticəsi haqda geniş informasiya verir. Təbii ki, biz də Azərbaycan yığmasının nəinki heç-heçə etməsini, böyük hesabla qələbə qazanmasını istərdik. Ancaq idmanda hər şey ola bilər. Yeri gələndə məğlubiyyətlə də barışmağı bacarmaq lazımdır. Məğlubiyyəti isə heç vaxt yalanla kompensasiya etmək mümkün deyil.
İndi söz Adil Əliyevlə, Hidayət Orucovundur…
SAMİR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Adil Əliyev istefaya göndərildi

    Adil Əliyev istefaya göndərildi ...

    4-02-2020, 13:28

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

    Daşkəsəndə may ayının 10-da Ulu öndər Heydər ...

    10-05-2017, 15:01

  • 
  • Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

    Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər ...

    10-05-2016, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu