GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda güclü zəlzələ gözlənilir

Azərbaycanda güclü zəlzələ gözlənilir

Tarix: 15-01-2013, 10:42 Bölmə :Maraqlı Baxış: 1 309
Azərbaycanda güclü zəlzələ gözlənilir

Azərbaycanda 7-dən artıq bölgə var ki, o
nöqtələrdə 9 ballıq zəlzələ gözləmək mümkündür


Ötən il Azərbaycanın bəzi bölgələrində may ayından başlayaraq seysmik cəhətdən aktivlik müşahidə olundu. Mayın 7-də səhər saat 9.40 radələrində Zaqatala rayonunda zəlzələ baş verdi.
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, Zaqatala və Qaxda 12 ballıq şkala üzrə 7-bal, Şəki, Oğuz , Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında yeraltı təkanlar hiss olunub. Seysmoaktivlik Balakəndə də hiss edildi və bəzi köhnə tikintilərə zərər dəydi.
Ümumiyyətlə, ölkənin şimal-qərb bölgəsində ilboyu bir neçə dəfə güclü zəlzələ həyəcanı yaşandı. İyunun 26-da Şəki şəhərindən 10 km qərbdə 1 4,5 bal gücündə zəlzələ qeydə alındı. Oktyabrın 14-də isə Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası ərazisində 7 bal gücündə zəlzələ qeydə alındı. Zaqatala və Balakən rayonlarında zəlzələ 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5-3 bala qədər hiss olundu. İnsan tələfatı olmasa da, ötən il xeyli dağıntı baş verdi.
Mütəxəssislərin bildirdiyinə görə, Yer kürəsinin qabığında 8 platforma var ki, 8-ci platformada yeni dağəmələgəlmə prosesi müşahidə olunur, digər platformalarda isə bu proses baş vermir. Azərbaycanın da yerləşdiyi 8-ci platforma aktiv seysmik zona adlanır.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin “Gündəlik Teleqraf”a bildirdiyinə görə, zəlzələnin hansı bölgədə aktiv olması prosesdə özünü göstərir: “Olan faktiki materiallar əsasında biz analiz edib deyə bilərik ki, misal üçün, bu müddətdə regionun Qərb hissəsindəmi, cənubdamı aktivləşmə başlayıb. Amma bir il öncədən demək mümkün deyil ki, hara seysmoaktivdir, hara passiv. Bu iş prosesində müəyyən olunur. Heç olmasa bunu üç ay müddətində müəyyən etmək mümkündür. Ay müddətində keçən illə bu ilin eyni vaxtını müqayisəli şəkildə analiz edəndə demək olur ki, nə baş verir. Amma il yeni başlayıb. Qısa müddətə proqnoz demək tezdir.
Keçən ilin son həftəsində isə ən aktiv zona Şamaxı olub. Quba istiqamətində Xınalığın aşağı, Altıağacın yuxarı hissəsi, Xızı rayonundan şimali-qərbə doğru, İsmayıllı və Pirquluda zəif təkanlar qeydə alınıb. Balakən və Zaqatalanın da cənub zonasında bir neçə zəif təkanlar olmuşdu. Keçən il ən aktiv zona şimali-qərb zonası oldu. Zaqatala və Balakəndə 7, Şəkidə 5 bal gücündə zəlzələ oldu, eləcə də, onun avtoşokları baş verdi. Şamaxı, İsmayıllıda Rixter cədvəli ilə maqnitudası 5,3 olan təkanlar qeydə alındı.
Ümumiyyətlə, Şamaxıda daim güclü zəlzələ gözlənilə bilər. Talış zonasında aktivlik var idi. Ümumiyyətlə, Azərbaycan özü aktiv-seysmogen bölgə olduğuna görə həmişə də bu və ya digər zonaları müqayisə etdikdə aktivlik müşahidə olunur”. Q.Yetirmişli onu da bildirdi ki, Azərbaycanda baş verən zəlzələlər daha çox tektonik tiplidir. Mühəndis-geoloq Vaqif Behbudoğlu isə qəzetimizə dedi ki, Azərbaycanda may ayınadək güclü təkanlar gözlənilmir. Geoloqun bildirdiyinə görə, zəlzələlər ekvatordan 50 dərəcə şimal, 50 dərəcə cənubda baş verir: “Yer kürəsində 1 dərəcəlik bucaq qarşısında duran məsafə 111,26 kilometrdir. Yer kürəsində hər zaman təkanlar baş verir ki, bu da təbii prosesdir. Azərbaycanda da hər gün xırda təkanlar olur”.
Mütəxəssis zəlzələlərin 3 formasından söz açdı - vulkanik, tektonik və kars zəlzələləri: “Vulkanik zəlzələlər püskürən maqmadır ki, vulkan ətrafında baş verir. Azərbaycan ərazisində mezozoyun ilkin dövründə 7 vulkan püskürməsi olub. Nə qədər mineral sular çıxan ərazi var, onlar vulkanik püskürmələrin məhsuludur. Tektonik zəlzələlər Yer qabığının maqma ilə sürtünən hissəsində əmələ gələn çatlarda baş verir. Tektonik çatlarda gedən proseslər də tektonik zəlzələlərə şərait yaradır.
Kars zəlzələlərinin mənşəyi intuiziv (öz-özünə əmələ gələn) dağların yaranması prosesində ortaya çıxır. İntuiziv dağların təpə və yan yamaclarında qırılmaların alt hissəsində əmələ gələn boşluqlarda və Yer qabığında suyla tez həll olan müxtəlif mineralların Yerin mərkəzinə doğru çökməsi zamanı yaranan boşluqlarda (mağaralar) süxurların qopub mağaranın döşəməsinə düşməsi nəticəsində meydana çıxmış dinamik zərbə kars zəlzələlərini törədir”.
Amma zəlzələ kataloquna əsasən seysmoaktiv əraziləri müəyyənləşdirmək mümkündür. Dağəmələgəlmə prosesi gedən zonalarda istənilən vaxt güclü zəlzələlər baş verə bilər. Bu baxımdan dağlıq ərazilərdə də həmişə təkanlar olur. Azərbaycanda 7-dən artıq bölgə var ki, yatmış vulkanlar 80 milyon il əvvəl fəaliyyətlərini dayandırıb. O nöqtələrdə 9 ballıq zəlzələ gözləmək mümkündür. 9 ballıq zəlzələ kataloqunda Azərbaycanda Gəncə ətrafı -Xanlar, Daşkəsən, Goranboy və Şamaxı, İsmayıllı, Zəngəzur, Naxçıvan, Qarabağın Laçın və Kəlbəcər ərazisi, eləcə də, Maştağada 9 ballıq zəlzələ ocağı var. Şamaxı bölgəsində 50 ildən bir, 55 ildən bir güclü təkanlar qeydə alınıb. Yəni 7 baldan yuxarı, bu zonada zəlzələ baş verə bilər.
Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qusarda zəlzələ olub

    Qusarda zəlzələ olub ...

    3-02-2014, 00:54

  • 
  • Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu

    Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda ...

    26-10-2015, 17:29

  • 
  • Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

    Azərbaycanda 4 bal gücündə zəlzələ oldu ...

    3-10-2014, 15:58

  • 
  • Lənkəran rayonunda zəlzələ olub.

    Lənkəran rayonunda zəlzələ olub. ...

    11-12-2013, 02:32

  • 
  • Azərbaycanda zəlzələ olub

    Azərbaycanda zəlzələ olub ...

    1-09-2014, 11:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu