QOÇ - Kifayət qədər məhsuldar gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də mümkündür.
BUĞA - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da büdcə məsələlərində sevindirici anlarınız olacaq. Bu gün uzaq səfərə çıxmaq olmaz.
ƏKİZLƏR - Bu zaman kəsiyində hər hansı bir mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz yalnız zərərinizə olacaq. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.
XƏRÇƏNG - Olduqca riskli gündür. Odur ki, istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Nəticənin uğurlu olmasını istəyirsinizsə, təcrübəli adamlardan yararlanın.
ŞİR - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.
QIZ - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.
TƏRƏZİ - Astroloji göstəricilər həmkarlarınızla münasibətdə təmkinli olmağı tövsiyə edir. Bunu bacarsanız, ciddi probleminiz olmayacaq. Çimərliyə getmək, təbiət qoynunda dincəlmək sizə zövq verə bilər.
ƏQRƏB - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən bir həftədə yol verdiyiniz səhvləri düzəltmək imkanı qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.
OXATAN - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə buna bir həftə nail ola bilməyəcəksiniz. Yerli-yersiz özünüzü tərifləməyin.
OĞLAQ - Hər şeydən öncə sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən, hündürlüyə çıxmaqdan ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.
SUTÖKƏN - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.
BALIQLAR - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər ötən 5 gündə yarımçıq qalan hansısa planınızın reallığa yaxın olacağını bildirir. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.
Sorğu
Yeni dizaynımız necədir?