GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimiyyətə qarşı təbliğatda Lebedev izi

Hakimiyyətə qarşı təbliğatda Lebedev izi

Tarix: 6-12-2012, 13:50 Bölmə :Maraqlı Baxış: 739
Hakimiyyətə qarşı təbliğatda Lebedev izi

Rusiyanı Azərbaycanı sıxışdırması rəsmi dövlət qəzetində

gundemxeber.az Noyabrın 29-da rəsmi dövlət qəzeti “Azərbaycan” Rusiyadakı bəzi dairələrin Azərbaycan prezidentinə təzyiq göstərdiyini yazıb. “The İndependent” Azərbaycan prezidentinə nə üçün qara yaxır?” sərlövhəli yazının müəllifi jurnalist İbrahim Məmmədovdur (Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini).
İbrahim Məmmədov yazır ki, bir neçə xarici qəzet Azərbaycan hakimiyyəti, konkret olaraq prezident İlham Əliyev və ailəsi haqda ardıcıl qaralama xətti tutub: “Bu sahədə Britaniyanın "The İndependent", "Daily Mail", "Mail on Sunday" qəzetləri xüsusi olaraq diqqəti cəlb edir və eyni "arqumentlər"lə dalbadal məqalələrin dərci heç kimdə bütün bunların sifariş olmasına şübhə yeri qoymur. Əgər eyni fikirlər və "arqumentlər"lə bir il davamlı olaraq yazılar yazılırsa, bunda məqsədin oxucuları məlumatlandırmaq deyil, təzyiq göstərmək olduğu açıq-aşkardır.
Kiçik araşdırma maraqlı bir faktı ortaya qoydu. "The İndependent" 2010-cu ildə KQB-nin keçmiş zabiti, hazırda Londonda yaşayan Aleksandr Lebedevə satılıb. O həm də Azərbaycanın düşməni olmasını heç vaxt gizlətməmiş Mixail Qorbaçovun yaxın adamıdır. Lebedev Qorbaçovla birlikdə Moskvada nəşr olunan "Novaya qazeta"nın sahibidir. Yəni birgə biznesləri var. Ancaq Qorbaçov-Lebedev birliyi təkcə "Novaya qazeta"da həmmülkiyyətçiliklə bitmir. Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Raisa Qorbaçova Fondunda da sədrlik edir. Bu isə artıq əlaqələrin ciddi siyasi və şəxsi bağlarla ilgiləndiyini deməyə əsas verir.
Ancaq Aleksandr Lebedevin Rusiyadakı biznes və siyasi əlaqələri heç də Qorbaçov səviyyəsində məhdudlaşmır. O, Rusiya Dövlət Dumasının üzvüdür. Onun şirkəti olan NRB hətta "Qazprom" kimi nəhəngin və belə bir neçə Rusiya şirkətinin aksiyalarının əhəmiyyətli hissəsinin sahibidir. Təkcə "Qazprom"da əhəmiyyətli payının olması faktının özü Lebedevin Rusiyanın siyasi və biznes elitası ilə əlaqələrinin çox sıx olduğunu deməyə kifayət edərdi. Ancaq daha bir ciddi faktı əlavə etməmək yanlışlıq olardı. Lebedevin NRB-si Rusiyanın nəhəngi olan "Aeroflot"da həcminə görə dövlətdən sonra ikinci böyük aksiyalar paketinə malikdir. Bir qədər konkretləşdirək: "Aeroflot"un səhmlərinin 20 faizi Aleksandr Lebedevin sahibi olduğu şirkətə məxsusdur.
Onun Berezovskiyə münasibəti də diqqəti cəlb edir. Məsələn, o "The Times"a verdiyi müsahibədə deyib ki, keçmiş SSRİ-dən milyardlar oğurlamış fırıldaqçıların Londonda məskunlaşmasının qarşısının alınmasını istəyir: "Onlar bura gəlib deyirlər ki, guya öz ölkələrində müxalif baxışlarına görə təqib olunurlar".
Görünür, elə bu və başqa məqsədlərlə Lebedev "The İndependent" qəzetini alır və qəzet vasitəsilə daşıyıcısı olduğu siyasi ideyaları Böyük Britaniya cəmiyyətinə sırıyır. Odur ki, "The İndependent" qəzetində Azərbaycanın qaralanması heç də bəzi Azərbaycan mətbuatında iddia edildiyi kimi "Qərbin Azərbaycana münasibəti", "demokratik dünyanın baxışları", "Avropa ilə Azərbaycanın arasındakı ziddiyyətlərin təzahürü" və s. deyil. Bütün bunların hansı məqsədlərə xidmət edə biləcəyi haqda son dövrün hadisələri kontekstində xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur”.
“Azərbaycan”dakı yazıda deyilir ki, Aleksandr Lebedev "Daily Mail" və "Mail on Sunday" nəşrlərinin daxil olduğu qrupla da birgə biznes əlaqələrinə malikdir: “Bəs Aleksandr Lebedevin, özü də rusiyalı milyarder, Rusiya Dövlət Dumasının üzvü, yalnız enerji deyil, həm də siyasi nəhənglər olan "Qazprom"un və "Aeroflot"un səhmdarı, Mixail Qorbaçovun yaxını olan keçmiş KQB zabiti Aleksandr Lebedevin sahibi və sıx biznes əlaqəsi olduğu nəşrlərin şəxsən prezident İlham Əliyevi hədəfə alması təsadüf sayıla bilərmi? Yaxud bu Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq ifadəsi ola bilərmi? Bəlkə onu dostu Mixail Qorbaçovla birlikdə Azərbaycan xalqının xoşbəxt gələcəyi narahat edir? Təbii ki, yox!
İlk ağıla gələn versiya isə Rusiyadakı bəzi dairələrin Azərbaycan prezidentinə təzyiq göstərməsi versiyasıdır. Bu təzyiqin Rusiya qəzetlərində deyil, məhz Britaniya qəzeti vasitəsilə həyata keçirilməsinin isə uzağa gedən məqsədləri var. Əvvəla, Britaniya qəzetlərinin təsir imkanları daha böyükdür. Başqa tərəfdən, bununla sözügedən dairələr Avropa ictimaiyyətini də öz təzyiqinin rıçaqlarından birinə çevirməyə cəhd edirlər. Ona görə ki, Avropa Azərbaycanın strateji inteqrasiya siyasətinin istiqamətidir. Buradan ikinci versiya doğur. Deməli, məqsəd Avropada Azərbaycan prezidentinə münasibətdə mənfi rəy formalaşdırıb Azərbaycanın Avropaya yolunu bağlamaqdır. Buna nail olunarsa, Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütməsi üçün məkan xeyli daralmış olacaq. Avropaya yolu bağlandığı təqdirdə isə Azərbaycanın Şimaldan təzyiqlər qarşısında müqaviməti zəifləyə bilər.
Bir məsələni də diqqətdən kənarda qoymaq mümkünsüzdür. Bu elə bu günlərdə Milli Məclisdə TANAP-la bağlı sazişin ratifikasiya edilməsi və prezident İlham Əliyevin onu təsdiqləməsidir. Lebedevin səhmdarı olduğu "Qazprom" isə bu ilin dekabrında "Cənub axını" qaz kəmərinin tikintisinə başlamağı planlaşdırır.
Çox mühüm versiyalardan biri isə Aleksandr Lebedevin Mixail Qorbaçov, sonuncunun isə ermənilərlə sıx əlaqədə olmasıdır. Hətta Azərbaycanın qatı əleyhdarı, Dağlıq Qarabağ separatçılarının dəstəkçisi olmuş, yaşlı nəslin yaxşı tanıdığı Georgi Şaxnazarov həyatının sonunadək Qorbaçov Fondunun direktoru olmuşdu. Aleksandr Lebedev isə Qorbaçov Fondu ilə birlikdə 2006-cı ildə Londonda Raisa Qorbaçova adına Beynəlxalq Fondu təsis edib. Odur ki, Azərbaycan prezidentinin hədəfə alınmasının arxasında Azərbaycana düşmən olan qüvvələrin durması şübhə doğurmur!
Bu, açıq-aydın siyasi və biznes məqsədləri ilə Azərbaycan prezidentinə təzyiq göstərilməsidir!!! Özü də bu təzyiq Britaniyadan deyil, Rusiyadakı anti-Azərbaycan dairələrdən yönəldilir. Sadəcə, Londondan bəyan edilir. Dünyanın indiki siyasi vəziyyətində isə coğrafiya əsl məskunlaşma ünvanını ifadə etmir. Başqa sözlə, bu məsələdə nominal ünvanla real ünvan nəinki fərqlidir, hətta bir-birinə tərs mütənasibdir. Ona görə tərs mütənasib ki, Britaniya qəzetinin rusiyalı milyarder və keçmiş KQB zabitinin maraqlarını ifadə edən siyasi yazılar dərc etməsi Britaniyanın da maraqlarına ziddir. Buna Azərbaycan folklorunda "ilanı seyid Əhməd əli ilə tutmaq" da deyirlər”.

“Xəbər xidməti”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim Məmmədov AzTV-dən çıxarıldı

    İbrahim Məmmədov AzTV-dən çıxarıldı ...

    11-09-2015, 16:25

  • 
  • Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya ...

    31-12-2014, 18:11

  • 
  • Prezident İlham Əliyev İranda rəsmi səfərdədir

    Prezident İlham Əliyev İranda rəsmi səfərdədir ...

    23-02-2016, 12:59

  • 
  • İlham Əliyev Fərman imzaladı, nazirlərə tapşırıq verildi - Dəyişiklik

    İlham Əliyev Fərman imzaladı, nazirlərə tapşırıq ...

    24-11-2014, 22:00

  • 
  • İTV-nin yeni departament rəhbəri kimdi?

    İTV-nin yeni departament rəhbəri kimdi? ...

    6-09-2013, 12:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (402)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu