GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar

Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar

Tarix: 4-11-2014, 11:34 Bölmə :Maraqlı Baxış: 863
Qərbin İŞİD-ə qarşı taktika dəyişdirdiyi barədə məlumatlar ciddiləşməkdədir. Bu yeni taktika gedənlərə mane olunmaması, qayıtmağı qeyri - mümkün etmək, imkan tapıb qayıdanları isə həbs etmək və s. vasitələrlə cəmiyyətdən təcrid edilməsindən ibarətdir. Artıq getmək istəyən “cihadçılara” Avropa ölkələrində də xüsusi baryer qoyulmur. Məqsəd cəmiyyəti “özünü təmizləmək”dən məhrum etməmək və “sivilizasiyalı cəmiyyəti” son bir neçə on ildə İslam radikalçılığı şəklində toplanmış gərginliyindən xilas etməkdən ibarətdir.

Ümumiyyətlə, “İŞİD” eksperimentinin xüsusilə Avropada toplanmış həmin gərginlik daşıyıcılarının öz ölkələrində hərəkətə keçirəcək “fitvaları” gözləmədən “ölüm düşərgələrinə” göndərilməsi məqsədilə düşünüldüyü irəli sürülür. Bir istisna müşahidə olunur. ABŞ bu məsələdə vətəndaşlarını hələ də “qoruyur”. ABŞ xüsusi xidmət strukturları “cihad” çağırışlarına gedən amerikalıları hətta Türkiyə, Almaniya və başqa ölkələrdə də yaxalayıb, geri qaytarır.

Bizə daxil olan sensasion informasiyalara görə, Azərbaycan xüsusi xidmət orqanları da onlara ekspertlik edən xarici ekspertlərin tövsiyəsi ilə ölkədəki vəhhabi və Suriyada savaşa getmək istəyənlərlə bağlı haqqında danışılan həmin yeni taktikanı qəbul etmək üzərində siyasi rəhbərlik qarşısında məsələ qaldırıb. Bu barədə “Yeni Müsavat”a adının açıqlanmaması şərti ilə mötəbər mənbədən məlumat daxil olub. Onun iddiasına görə, əgər əvvəllər radikal vəhhabilərə qoşulan, “cihad” çağırışına gedən vətəndaşlarımızın ölkədən çıxmasına, Türkiyə üzərindən savaş meydanına girməsinə maneçilik törədilirdisə, indi durum dəyişib. Qərar verilib ki, ölkədən çıxıb gedənlərə heç bir maneçilik törədilməsin. Hətta xüsusi xidmət orqanlarında və polisdə əməliyyat məlumatları olur, dəqiq bilinir ki, kimlərsə getmək hazırlıqları içindədirlər - bu zaman da müdaxilə etmirlər.
Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar
Xatırladırıq ki, hətta bir qədər əvvəl bu barədə məlumat getmişdi ki, xüsusi xidmət orqanları Suriyaya getməyə hazırlaşan radikalların ev ünvanlarına qədər hər şey məlumdur. Bildirilirdi ki, getmək istəyənlərin hamısı nəzarət altındadır. Lakin cəmiyyətdə gözlənilən iri proflaktik əməliyyatlar həyata keçirilmədi. Aydındır ki, sıravi “cihad” döyüşçüləri məlumdursa onları cəlb edən şəbəkə və liderlər də məlum olmalıdır. Belədirsə, nə üçün onlara maneçilik törədilmir. Rəsmi Bakını daha çox narahat edən bu cür gedişləri təşkil edən şəbəkələr və onların maliyyə qaynaqları olması təbiidir. Ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində bir daha bəyan edib ki, radikal dini qrupları maliyyələşdirən mənbələr sıradan çıxarılacaq. Komitə sədri bununla bağlı müvafiq araşdırmaların aparıldığını daha əvvəl də bildirmişdi, indi isə qəti olaraq bu mənbələrin sıradan çıxarılacağına işarə edir. Bu da onu göstərir ki, hakimiyyət terroru maliyyələşdirən mənbələrlə də bağlı ciddi bilgilərə sahibdir. Lakin hələ yayda həyata keçiriləcəyi deyilən əməliyyatlar o dərəcədə ləngidilir ki, hətta onun gündəmdən çıxması ehtimalı daha ağlabatan görünür.

Bizə çatan bilgilərə görə, hazırda hökumətin əsas diqqətində olan məsələ radikal cihadçıların getməsi yox, onların geri qayıtmasıdır, çünki artıq dünya ölkələri terrorçuların geri dönməsi ilə bağlı həyəcan təbili çalırlar. Hazırda dövlətin müvafiq strukturları da daha çox gedənlərin geri dönməsinə qarşı əməliyyat hazırlığı görürlər. Belə ki, geri dönənlər dərhal nəzarətə alınır və həbs olunur. Sentyabrın sonlarında MTN 26 Azərbaycan vətəndaşını həbs etdiyini açıqlamışdı. Bu insanların böyük hissəsi Suriyada döyüşlərə qatılan ölkə vətəndaşları idi.
Əldə etdiyimiz məlumata görə, hazırda “cihad”çıların Azərbaycandan çıxıb Suriya və İraqa getmək marşrutları da dəyişib. Mətbuatdan da məlum olduğu kimi, proses əvvəl Türkiyə üzərindən baş verirdi. Ötən 3 ildə Azərbaycan vətəndaşları Naxçıvan, eləcə də Gürcüstan üzərindən avtobusla Türkiyə ərazisinə keçir, burda isə Suriya ilə sərhədə gedərək burdan rahat şəkildə sərhədi keçərək “cihad” qruplarına qoşulurdu. İddialara görə, Türkiyənin xüsusi xidmət orqanları ölkə ərazisini açıq qapı elan etmişdilər - Bəşər Əsəd rejiminə qarşı dünyanın hər yerindən gələn “cihadçılar”a hər cür şərait yaradılırdı ki, onlar Suriyaya keçib, İŞİD, “əl-Nusra” və digər savaşçı qruplara qoşulsunlar... Sonradan daha bir marşrut Rusiya üzərindən qeydə alındı.
Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar
Ancaq hazırda Türkiyə dünyanın açıq ittihamları qarşısındadır. Dünya ölkələri AKP iqtidarını İŞİD-ə və “əl Nusra”ya dəstək verməkdə, onlarla gizli iş birliyi qurmaqda günahlandırır. Bu səbəbdən də artıq Türkiyədən Suriyaya keçid demək olar ki, dayandırılıb.

Bugünlərdə Bakıdakı “cihada dəvət olunanlar”dan biri “Yeni Müsavat”a deyib ki, onlara artıq başqa marşrut təklif olunur. İran üzərindən Pakistana gedilir, Bəlucistan əyalətindən keçərək Talibanın Pakistandakı əsas qalası hesab olunan Vəziristan əyalətində toplanılır. “Yeni Müsavat”a danışan mənbə deyib ki, onlara açıq şəkildə şəhid olmağa getdikləri deyilib: “Mən hələlik bir bəhanə ilə yayınmışam. Onlara əvvəl dedim ki, gəlin gedək Ağdamda, Kəlbəcərdə şəhid olaq. Cavabları bu oldu ki, həmin torpaqlara dair ”Cihad fətfası" yoxdur. Sonra da dedim ki, imanım kamil deyil, mənə zaman lazımdır ki, oxuyum və ibadət edim. Açığı, gedib oralarda ölmək istəmirəm. Lakin həm də burdakılardan qorxuram", deyir, həmin mənbə.
Qeyd edək ki, Pakistan Talibanı ötən ilin yayında bəyanat yayaraq, Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvələri dəstəklədiyini elan edib. Eyni zamanda Taliban bəyan edib ki, Suriyada düşərgələr yaradıb və bu düşərgələrə yüzlərlə Pakistan Talibanı üzvü göndərilib. Sitat: “Qardaşlarımız bizə ehtiyac duyduqları üçün yüzlərlə döyüşçümüzü ərəb qardaşlarımızla birlikdə Suriyaya göndərdik”.

Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar

Qeyd edək ki, Əfqanıstan və Pakistan Şimali Qafqazdan sonra azərbaycanlı radikal dindarların üz tutduğu ikinci əsas bölgə olub. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində radikal islamçılar Azərbaycandan İrana, oradan isə Pakistana keçərək burdakı radikal islamçı qruplara, o cümlədən “əl-Qaidə” və Talibana qoşulurdu. Hətta uzun müddət mətbuatda valideynləri övladlarının Məşhəd ziyarətinə getdiyini iddia edirdilər. Ancaq sonradan məlum oldu ki, əslində onlar diqqəti yayındırmaq və İran üzərindən Pakistana rahat keçmək üçün bu hekayəni uydurublar. Qeyd edək ki, Azərbaycan MTN-i “Meşə Qardaşları” qruplaşmasının bir üzvünü məhz Pakistanda həbs edərək, Azərbaycana gətirib. Bəzi məlumatlara görə, son illərə qədər Pakistanda 300-dən bir qədər çox Azərbaycan vətəndaşı silahlı qruplaşmaların tərkibində olub.

2012-ci ildə Peşəvər bölgəsində “əl-Qaidə” terror şəbəkəsinin nüfuzlu komandirlərindən olan azərbaycanlı, 1981-ci ildə Sumqayıtda anadan olmuş Aslanov Zaur, yenə həmin ildə yanvarda Xəqani İmamverdiyev adlı azərbaycanlı ABŞ pilotsuz təyyarələrinin hücumu zamanı öldürülüb. Maraqlıdır ki, onun atası mətbuata demişdi ki, oğlu dini təhsil almaq adı altında İrana gedib, daha sonra Pakistandan zəng edərək bu ölkədə olduğunu xəbər verib. X.İmamverdiyev 2009-cu ilin sonlarında İrana, oradan isə Pakistana aparılan 8 azərbaycanlı tələbədən biri olub. Pakistanda “Taliban”a qoşulan azərbaycanlı tələbələrin valideynlərinin bildirdiyinə görə, bu ölkədə yüzlərlə azərbaycanlı terrorçu birləşmələrin tərkibində döyüşür. Onların arasında hətta BDU-nun tələbəsi olmuş qızın da olduğu bildirilirdi.

Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, Azərbaycandan “cihadçı”ların İran üzərindən Pakistana, oradan da Əfqanıstana keçməsi faktları daha əvvəl də mövcud olub: “Bu marşrut həmişə olub. Azərbaycandan olan radikal dini qrupların üzvləri Pakistana və Əfqanıstana getmək üçün İrandan keçib gedirdilər. Azərbaycandan olan çoxlu sayda insanlar hələ də Pakistan və Əfqanıstandadır”.

Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar

Təhlilin əvvəlindəki məsələ barədə müraciət etdiyimiz, adını çəkilməsini istəməyən təhlükəsizlik eksperti deyir ki, potensial gərginlik daşıyıcılarının ölkədən çıxmalarına mane olmama taktikası xətalı və təhlükəlidir. Buna diqqət yetirmək lazımdır. Onun dediyinə görə, İŞİD-in özünün taktika dəyişdiyi və tezliklə yenidən yeraltına çəkiləcəyi barədə informasiyalar daxil olmaqdadır və bunu təsdiq edən dəlillər də görünür. İŞİD- in strategiyasına görə yeraltına çəkilmə 2016-cı ildə baş verməli idi. Lakin dünya dövlətlərinin müdaxiləsi onların təqvimində dəyişikliklər edilməsini zəruri edib. Hələ 2012-ci ildə elan edilən proqrama görə, İŞİD müəyyən hazırlıqdan sonra, 2018-ci ildə qlobal terror vahiməsi mühiti kimi, artıq hər yerdə hərəkətə keçməli və total terror vasitəsi ilə dünyaya qalib gəlməyi planlaşdırır. Həm də artıq sərhədlərdə, qeydə düşmədən “cihad” yerlərinə qeyri - leqal marşrutlar işə salınmışdır. Deməli qeydə düşmədən də geriqayıdış yolları salınmışdır. Odur ki, heç bir eksperimentlərə uymadan təhlükəni yerində boğmaq lazımdır. Sonra gec ola bilər.Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ xüsusi təyinatlıları İŞİD-lə bacarmadı

    ABŞ xüsusi təyinatlıları İŞİD-lə bacarmadı ...

    3-01-2015, 00:10

  • 
  • İran generalından İŞİD haqda şok iddia

    İran generalından İŞİD haqda şok iddia ...

    5-12-2014, 13:12

  • 
  • ŞOK: ABŞ-ın Apache helikopterinin İŞİD-i necə qorumasının görüntüləri yayıldı

    ŞOK: ABŞ-ın Apache helikopterinin İŞİD-i necə ...

    12-11-2015, 17:19

  • 
  • ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi

    ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi ...

    12-06-2015, 08:30

  • 
  • Obama İŞİD-in ABŞ üçün təhlükəsindən danışdı

    Obama İŞİD-in ABŞ üçün təhlükəsindən danışdı ...

    3-12-2015, 21:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu