GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)

Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)

Tarix: 15-11-2014, 00:37 Bölmə :Maraqlı Baxış: 0
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Bu günə qədər nasist Almaniyasının İkinci Dünya müharibəsində tamamilə məhv edilmədiyi barədə məlumatlar dolaşır.

Bəzi mənbələrin məlumatına görə, nasistlərin bir hissəsi Antarktidaya qaçaraq qurtulublar. Burada onlar əvvəlcədən “211” rəqəmi altında hərbi baza hazırlamış və onu "Yeni Şvabiya" adlandırmışdılar. Tədqiqatçıların fikrincə, hərbi bazanın ərazisinə ancaq sualtı qayıqla daxil olmaq mümkündür. Altıncı qitənin üst qatında sirli bazanın heç bir izinə rast gəlmək mümkün deyil. Görünən yalnız buz qatları və qara rəngli sahil qayalarıdır.

Bu layihə haqqında məlumat müharibə bitdikdən uzun müddət sonra üzə çıxdı. Nijneqorodlu Arkadi Nikolayevin atası 1958-ci ildə Antarktidada tədqiqatlarda iştirak edib. O, bir məqalədə atasının xatirələrindən bəhs edir və qeyd edir: “Siz düşünürsüz ki, atamı qütbə Leninin büstünü ucaltmaq üçün göndəriblər? Buna inanmaq çətindir. Müharibədən 13 il sonra, ölkənin yarısı hələ də xarabalıq olduğu halda, niyə birdən-birə atamın ekspedisiyası üçün külli miqdarda vəsait xərcləndi? O, komandasını 5 km/saat sürətlə hərəkət edən xüsusi maşınlar vasitəsilə Antarktidanın mərkəzinə apardı. Onlar özləri ilə içində dizel yanacağı olan çənləri daşıyırdılar. Komandanın iki üzvü xüsusi maska taxmadan maşının kabinəsindən yerə endiyi üçün ağciyərin yanması diaqnozu ilə dünyalarını dəyişiblər. Sahilə yaxın iki təyyarə yerə çırpılıb məhv olub. Bu qurbanlar nə üçün idi? Mən əminəm ki, qütbə olan ekspedisiya sadəcə bəhanə idi. Əslində, SSRİ də digər müttəfiqlər kimi, İkinci Dünya müharibəsindən sonra Antarktidada nasist bazasının izlərini axtarırdı”.

Bu versiya reallığa çox yaxındır.

Almaniyalı Hans-Ulrix fon Krans da Antarktidada yerləşən nasist bazasından bəhs edir. O, keçmiş SS zabiti və alimi Olaf Vayszekkerlə dostluğundan danışır. Olaf isə Hansa, Yeni Şvabiyanı gözləri ilə gördüyünü söyləyib. 1938-ci ildə Olaf Vayszekker bu bazada tədqiqatçı kimi fəaliyyət göstərib. 1945-ci ildə qaçqın kimi Argentinaya göndərilib. Hans-Ulrix fon Krans çoxillik tədqiqatları nəticəsində “Buzlar üzərində svastika”adlı kitab yazıb.
1938-ci ildə alman qütb ekspedisiyası tərəfindən aparılan tədqiqatlar nəticəsində ortaya çıxan maraqlı və qəribə tapıntılardan sonra Almaniya Antarktidada aktiv işə başladı. Antarktida səması üzərində uçuşlar aparan alman kəşfiyyat təyyarələrinin çəkdiyi fotolarda isti suyu olan oazislər, əbədi buz və qarlıq ərazi içərisində bitki örtüyü olan sahələr üzə çıxdı. Tədqiqatlar nəticəsində eyni zamanda divarlarına qədim yazılar həkk olunmuş iki qədim şəhər xarabalığı da aşkarlandı. Bu məlumat həmən alman kəşfiyyat orqanları tərəfindən məxfiləşdirildi. Amma ən maraqlı tapıntılar kontinentin üst qatında yox, daxili qatlarında ortaya çıxdı. Vayszekker iddia edir ki, Amudsen dənizinin suyu ətrafdakı digər dənizlərin suyuna nisbətən daha istidir. Hitlerin qərarı ilə Antarktidaya beş sualtı qayıq göndərildi. Onlardan biri qayanın altına dalaraq, mağaralar labirintinə düşdü. Bu mağaralar bir-biri ilə şirin sulu dərin və isti göllər vasitəsilə əlaqəli idi. Göllər üzərində başqa bir mağara var. Qədim insanın fəaliyyət izlərini özündə əks etdirən isti, quru mağara nasistlərin diqqətini cəlb etdi. Almanlar həyat üçün yararlı və münasib olan yeni yeraltı dünya tapdıqlarına əmin idilər. Hitlerin inandığı bir nəzəriyyəyə görə, Yer kürəsinin daxilində planetdəki sivilizasiyadan üstün formada inkişaf edən başqa dünyalar və sivilizasiyalar mövcuddur. Bu nəzəriyyə elmi qərarların tamamilə əksinə olsa da, Hitler arktik tapıntıları onun sübutu kimi qəbul etdi. Sonra fürer tapılmış mağaralarda gizli şəhərin salınması üçün tikinti barədə sərəncam imzaladı.

Qərardan sonra Yeni Şvabiya istiqamətində nəqliyyat sualtılarından ibarət karvan yola düşdü. Qayıqlarda bu gizli şəhərə qida ehtiyatı, paltar, silah, döyüş sursatı, tibbi ləvazimat, bəzi qurğular, şpal, rels və vaqonlar daşınırdı. Almaniyaya qayıdan sualtılar boş qayıtmırdı. Antarktidada tapılmış faydalı qazıntılar da Avropaya daşınırdı. Elsuert yaxınlığında almanlar tərəfindən dünyada nadir tapılan metalların bol olduğu məkanlar kəşf edildi. Bu səbəbdən, layihə almanlar üçün maliyyə baxımından bahalı deyildi. Nadir tapılan metal hesabına tezliklə layihə hətta gəlir də gətirməyə başladı. Almaniyada nadir metalların yatağı olmasa da, müharibə dövründə faşistlər tank istehsalında xam maddə tapmaq üçün heç bir çətinlik çəkmirdilər. Çünki lazım olan xam maddə Antarktidadan gəlirdi.

Kransın sözlərinə görə, 1941-ci ildə buzlu materikdə 10 minə yaxın insan çalışıb. Antarktidanın yeni sakinləri düşərgələrdə yaşayırdılar və özlərini tam, sərbəst təmin edə bilirdilər. Sahildən 100 kilometr aralıda məhsuldar torpaqları olan oazislər tapılmışdı. Bu plantasiyaların ərazisi kifayət qədər geniş idi. Bəzi məlumatlara görə, münbit torpaqlar 5 min kilometrlik ərazini əhatə edirdi. Almanlar bu yeri “Cənnət bağı” adlandırdılar. 1943-cü ildə mağaralarda yeraltı qayıq istehsalı üçün nəzərdə tutulan tərsanələrin inşası başa çatdı. Şirkətin işi elə qurulmuşdu ki, çətinlik çəkmədən sualtı qayıqların kütləvi istehsalına başlamaq mümkün idi. Bu müddət ərzində Yeni Şvabiyada bir neçə maşınqayırma və metallurgiya zavodları fəaliyyət göstərirdi. 1945-ci ildə bu məkanlar bir çox faşistlər üçün gizlənməsinə və xilas olmasına kömək oldu.

Kapitulyasiya aktına qol çəkildikdən sonra müttəfiqlər alman ordusunda qeydə alınmış sualtı qayıqların sayını öyrənə bilmədilər. Bir versiyaya görə, bu qayıqlar cənuba, uzaq buzlu sahillərə doğru istiqamət götürdülər.

Kransın fikrinə görə, almanlar əvvəlcədən Böyük Çıxışa hazırlaşırdılar. Bu layihəyə 150 sualtı qayıq cəlb edilmişdi. Onların tərkibinə 10 min insan, böyük miqdarda yük, müqəddəs sayılan qiymətli əşyalar və texnologiya yığmaq mümkün idi. Baş tutmayan imperiyadan “beyin”lər də aparıldı. Onların siyahısında texniki mütəxəssislər, nüvə fizikləri, raket və təyyarə istehsalı ilə məşğul olan mühəndislər, alimlər və bioloqlar vardı.
Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsinin qalibləri almanların yüksək texnologiya sahəsindəki biliklərinə yiyələnə bilmədilər. Məğlubiyyətdən öncə almanlar atom silahı, kosmik fəzaya çıxa bilən ballistik raket istehsalı, reaktiv aviasiya sahəsində mükəmməl layihələrə sahib idilər. Bu gün artıq məlumdur ki, 1945-ci ildə Almaniyada 9 elmi-tədqiqat institutu fəaliyyət göstərib. Onlar uçan disklərin hazırlanması ilə məşğul olublar. Amma bu layihələrin nəticəsi hara yoxa çıxıb? Bax bu barədə heç kəsdə məlumat yoxdur.

Arxiv yazılarına görə, Almaniyada faşistlərin hakimiyyət illərində yüksək texnoloji məmulatların istehsalı ilə məşğul olan zavodlar vardı. Amma bu zavodlar müharibə bitdikdən sonra anidən yoxa çıxdı. Onların heç izi-tozu da qalmadı. İstisna deyil ki, bu müəssisələr də əbədi buzlar ölkəsinə göndərilib. Almanlar onları məğlub edənlərə qiymətli qənimət saxlamadılar.

Təbii ki, bir çoxları Yeni Şvabiyanı axtarmağa cəhd etdilər. Üç ekspedisiya məhv oldu. İnsanlar ya öldü, ya da müəmmalı surətdə yoxa çıxdılar.

Amerikanın Berlindəki kəşfiyyat qrupunun rəhbəri polkovnik V.X. Heymlixin məruzəsinə görə, fürerin özünə sui-qəsd etməsi barədə sübut yoxdur. Bu məruzədən sonra tarixi sensassiyasevənlər fürerin qaçdığı barədə versiyalar səsləndirməyə başladılar.

Bunu sübut edən faktlardan biri də 1948-c il 16 yanvar tarixində Çilidə nəşr edilən “Ziq-Zaq” jurnalındakı yazıdır. Məqaləyə görə, 1945-ci il aprelin 30-da kapitan Peter Baumqart öz təyyarəsi ilə Almaniyadan Norveçə uçub. Hitler də təyyarədə olub! Şimal ölkəsinin limanlarından birində fürer bir neçə nəfərlə birlikdə sualtı qayığa minib və qayıq Antarktidaya yola düşüb.

Müharibədən sonra sağ qalmış SS veteranları arasında gəzən söhbətlərə görə, 1944-cü ildə Strasburqda ikigünlük toplantı keçirilib. Bu toplantıda imperiyanın təhlükəsizlik xidmətinin yüksəkçinli zabitləri iştirak edib. Toplantıya Ernst Kaltenbrunner rəhbərlik edib. Deyilənə görə, bu toplantıda Almaniya rəhbərliyinin Cənubi Amerikaya qaçış planı müzakirə edilib. 1944-cü ilin avqust ayından “Şlüz” adlı gizli şəbəkə fəaliyyətə başlayıb. Bu şəbəkənin köməyi ilə məhşur alim və konstruktorlar, yüksəkçinli zabitlər Latın Amerikası ölkələrinə göndərildilər.
1961-ci ildə Antarktidada uran mədənləri tapıldı. Əsas yataqlar Yeni Şvabiya ərazisində idi. Faydalı qazıntı hələ də yataqlarda qalıb. Çünki 1959-cu ildə bağlanmış beynəlxalq müqavilə buna əngəl olur. Nüvə silahı istehsal etmək istəyən nasistlər urana böyük ehtiyac duyurdular. Onlar lazımi xam maddənin Antarktidada olduğu barədə məlumatlı idilər.

1947-ci ildə Amerika Birləşmiş Ştatlarından bir ekspedisiya 211 nömrəli bazanın axtarışına yola çıxdı. Onun tərkibinə 14 gəmi, 20 təyyarə, helikopterlər və 5 min insan cəlb edildi. Əməliyyatın kod adı “Yüksək sıçrayış ” idi. Amerikalı təyyarəçilər qısa müddətə karyer tapdılar. Görünən o idi ki, bu karyerdən faydalı qazıntılar çıxarılıb. Bu əraziyə təcili olaraq 500 nəfərdən ibarət mütəxəssis qrupu göndərildi. Qəfildən səmada üzərində məlum xaç nişanı olan təyyarələr göründü və amerikalı desantlar bir neçə dəqiqə ərzində məhv edildi. Sonra gəmilər də hücuma məruz qaldılar. Gəmilərdən biri partladıldı. Sonra isə ekspedisiya uçan boşqabların hücumuna məruz qaldı!

Şahidlər bu savaşı belə təsvir edirlər: “Onlar gəmilər arasında səssiz-səmirsiz uçurdular. Görünüş cəhətdən qırmızı dimdiyi olan qara göyərçinə bənzəyirdilər və fasiləsiz atəş açırdılar. Bütün bu dəhşət 20 dəqiqəyə yaxın davam etdi. Uçan boşqablar yenidən suyun altına keçdikdən sonra biz itkilərimizi saymağa başladıq. Rəqəmlər dəhşətli idi”.

Məhv olmuş ekspedisiyadan sağ qalmış üzvlər Amerikaya qayıtdı.
Jak İv Kustonun da ekspedisiyası hücuma məruz qalıb. 1973-cü ildə Fransa xüsusi xidmət orqanlarının sifarişi ilə “Kalipso”adlı gəmi 211 nömrəli bazanı tapmaq üçün Antarktidaya yola düşdü. Akvalanqistlər sualtı labirintlərə aparan yolu tapdılar və ora daxil oldular. Amma onlar yeraltı labirintlərdən çıxa bilmədilər. Ekspedisiya təcili olaraq Fransaya qayıtdı.

Ruslar da hər şeylə maraqlandıqları üçün əziyyət çəkiblər. 1958-ci ildə Antarktidaya yollanan uğursuz ekspedisiyadan sonra, 70-ci illərdə ikinci cəhd edildi. Təyyarə vasitəsilə qardan təmiz oazislərin fotosunu çəkmək mümkün oldu. Tədqiqatçılardan ibarət qrup bu oazislərdən birində düşərgə qurdu. Onların planı yerin altına enən şaxtaya daxil olmaq idi. Bu zaman güclü partlayış alimlərin düşərgəsinə ciddi ziyan vurdu və 3 nəfər həlak oldu. Bir neçə gün sonra isə sağ qalan ekspedisiya üzvləri müəmmalı surətdə yoxa çıxdılar. Onların izinə rast gəlmək mümkün olmadı.

O vaxtdan sonra heç kəs Buzlu Qitənin sakinlərini narahat etmək fikrinə düşməyib. Amma bəzən dünyanın bir çox ölkələrinin radiolakasiya stansiyaları uçan boşqabları qeydə alır. İstisna deyil ki, Antarktidada yeraltında Üçüncü Reyxin sakinləri yaşayır... (publika.az)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
Antarktidada “Yeni Şvabiya” layihəsi – Hitlerin arzusu (FOTOLAR)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Çin Antarktidada aerodrom tikəcək

    Çin Antarktidada aerodrom tikəcək ...

    12-04-2017, 10:04

  • 
  • Hitlerin sualtı qayığı tapıldı

    Hitlerin sualtı qayığı tapıldı ...

    19-04-2018, 11:26

  • 
  • Qərbi Antarktidada buzlar əriyir – ŞOK XƏBƏR

    Qərbi Antarktidada buzlar əriyir – ŞOK XƏBƏR ...

    14-08-2017, 11:09

  • 
  • Antarktidada 12 mərtəbəli bina ölçüsündə UNO tapıldı - VİDEO

    Antarktidada 12 mərtəbəli bina ölçüsündə UNO ...

    21-08-2017, 17:08

  • 
  • Cəngəlliklərdə nasist izi: Argentinada Hitlerin gizli bunkeri aşkar edildi

    Cəngəlliklərdə nasist izi: Argentinada Hitlerin ...

    22-04-2025, 22:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu