GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xalq şairi Qabilin o dünyadan məktubu

Xalq şairi Qabilin o dünyadan məktubu

Tarix: 22-11-2014, 02:32 Bölmə :Maraqlı Baxış: 0
Xalq şairi Qabilin o dünyadan məktubu


"Bu yaxında “Azərsu”nun prezidenti də məktub göndərmişdi. Deyir ki, bəs Qabil, 1996-cı ildən 400 manat borcun qalıb, hara aradan çıxmısan".


Bu məktubun Azadlıq Radiosunun "Oxu zalı"nda çap olunmasını xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu xahiş edib.

Şairin ölümündən 3 il sonra Azərbaycan Yazıçılar Birliyinin ensiklopediyasini hazirlayan, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovdan Qabilin evinə məktub gəlibmiş.

Məktubda Qabildən ensiklopediya üçün özü haqda məlumat yazib göndərməsi istənilirdi.

Şairin oğlu da atasinin adından “o dünyadan” Teymur müəllimə bir məktub yazib!



QABİL


O DÜNYADAN BİRİNCİ MƏKTUB


Hörmətli Teymur müəllim!

Göndərdiyin məktubu aldım. Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 75 illiyi münasibətilə məni yada salmağından çox təsirləndim.

Yaxşı ki, məktubun üstündə 2 ünvan yazmısan: Bilmirdim ki, Hüsü Hacıyev küçəsinin adını dəyişib “Azərbaycan” qoyublar. Yəni keçmiş Bazar küçəsi Azərbaycan olub. Eşq olsun Hacıbalaya.

Verdiyin suallara cavab göndərməyi özümə borc bilirəm.

“Ensiklopedik məlumat kitabı” çıxandan sonra ondan bir konteyner göndərərsən bura. Xaqanidən Bəxtiyar Vahabzadəyə qədər hamı bu kitabın çıxmasını böyük intizarla gözləyir.

Narahat olma sərhəddə nə “rastamojka” var, nə də rüsum.

Sənin məktubunu alanda çox da təəccüblənmədim.

Bu yaxında “Azərsu”nun prezidenti də məktub göndərmişdi. Deyir ki, bəs Qabil, 1996-cı ildən 400 manat borcun qalıb, hara aradan çıxmısan. Kvitansiyaları soxdum gözünə əl çəkdi.

Sənin niyyətin yenə yaxşıdır. Pul-zad istəmirsən. Sadəcə, cavab umursan, vəssalam.

Suallarına cavab verirəm. Ancaq 2 ədəd, 6-9 ölçüdə, ağ-qara fotoşəklimi göndərə bilməyəcəyəm. Çünki burada hamı o qədər nurludur ki, nurumuz lenti yandırır. Texnologiya da o qədər inkişaf etməyib ki, bizim əksimizi çəkən lenti icad eləsin.

Yatanda hər ehtimala fotoaparatı yanında qoy. Hamılıqla yuxuna girəcəyik, onda çəkərsən.

Xalq şairi Qabilin o dünyadan məktubu

Telefon nömrəsini neyləyirsən. Onsuz da zəng edən deyilsən.

Bir də Yazıçılar Birliyinin 80 illiyində yada salacaqsan. Anara, Elçinə, Fikrət Qocaya və Çingiz Abdullayevə məndən salamlar.

Qəbirüstü abidəmi ucaltmağa kömək etmədiklərinə görə incimirəm.

Başlarına gələndə onsuz da başa düşəcəklər. Amma mən olsaydım, 4 nömrə Hökumət telefonunun yanından kənara çəkilməzdim.

Onlara iki heykəli birdən qoydurardım.

Birini Fəxri Xiyabanda, birini də doğulduqları rayonda.

Suallarına nömrə ardıcıllığı ilə cavab verirəm.

1. İmamaverdiyev Qabil Allahverdi oğlu.

2. Təxəllüsüm - QABİL

3. Peşəm - Şair

4. Elmi dərəcə və rütbəm yoxdur.

5. Fəxri adlarım - Əməkdar İncəsənət xadimi. Müstəqil Azərbaycanın ilk Xalq Şairi.

6. Doğulduğum tarix - Bakı şəhəri, 12 avqust 1926-cı il

7. İlk mətbu əsərim - “Gəl baharım” şeri. Ədəbiyyat qəzeti, 4 aprel 1944-cü il. 4 aprel həm də bura köçən günümdür.

8. Təhsilim - V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu. Filologiya fakültəsi. Azərbaycan dili və ədəbiyyatı müəllimi.

9. 1944-cü ildən SSRİ Yazıçılat İttifaqının üzvü.

10. İşlədiyim yerlər – Az.TV, “Ədəbiyyat və İncəsənət” qəzeti, “Azərbaycan” jurnalı. 1976-cı ildən 2007 –ci ilə qədər azad sənətkar.

11. Ünvanım - Axirət Respublikası, Cənnət şəhəri, Dünya Yazıçılar Birliyinin azərbaycanlı sədri. 4 aprel 2007-ci ildən bəri ömrünün axırınadək.

12. Xarici səfərlər - İtaliya, Türkiyə, İraq, Çin.

13. Son vəzifəm - Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri.

14. Milli Məclisin deputatı olmamışam. Seçilməyə qoymadılar. Ara yerdə 14 şirvanım batdı. Heydər Əliyev tapşırdı Rəsul Quliyevə, o da qaytarmadı. Eybi yox. Əvvəl axır düşəcək əlimə.

15. 12-ci bənddə dedim də…

16. Azərbaycan SSR Dövlət Mükafatı, “Şöhrət” və “İstiqlal” ordenləri. Ən böyük əlamətdar hadisə o dünyadan yenə də məktublar almağım. Qoymurlar da sakit oturum.

17. Kitablarım o qədər çoxdur ki, sayı yadımda deyil.

QEYD: Hörmətli Teymur müəllim. Yəqin ki, bütün suallara tələb etdiyin kimi diqqətli oldum və aydın cavab verdim. İmza qoymuram. “Qabil” yazsan tanıyacaqlar. Məktubumun vaxtında çatması Hinkir-Minkirdən və “Azərpoçt”dan asılıdır. Eşitmişəm “Azərpoçt” çox inkişaf edib. Bu dünyaya da əlləri çatır. Qorxuram ki, buraları da gəlib internetə qoşalar. Sonra hamı bura gəlməyə növbəyə dayanacaq. Öz qəzetində élan ver ki, can atmasınlar. Cənnət şəhəri qapalı şəhərdir. Hər adamı propiska etmirlər. Cəhənnəm şəhərində isə yer çoxdur.

Bəxtiyardan, Cəlaldan, Nəbidən, Sabirdən, Hüseyndən, Rəsuldan, İlyasdan, Əmirdən, Mədinədən, Nigardan, Şəhriyardan salamlar. Buraları çox təriflədim. Nəbadə… şirniklənib eləyərsən a…Bura köç eləyəni bizi yada salan tək sən olmusan. Sən bizim o dünyada korpunktumuz ol.

Əbədi və sədaqətli.

Xalq şairi Qabilin o dünyadan məktubu
Qabilə ölümündən sonra gələn məktub...

Hörmətlə QABİL

P.S. Teymur müəllim. Çalış məktubumu hələ də baş redaktoru olduğun “Respublika” qəzetində çap elə. Qoy oxucularımla görüşüm. Bacarmasan eybi yoxdur. Elçibəydən, Nəcəf Nəcəfovdan xahiş edərəm “Azadlıq”da çap edərlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Fikrət Qocanın oğlu faciəvi şəkildə öldü

    Fikrət Qocanın oğlu faciəvi şəkildə öldü ...

    12-03-2017, 23:43

  • 
  • Xalq şairi vəfat etdi

    Xalq şairi vəfat etdi ...

    4-05-2016, 11:03

  • 
  • Azərbaycan Prezidenti sinqapurlu həmkarına məktub göndərib

    Azərbaycan Prezidenti sinqapurlu həmkarına məktub ...

    9-08-2018, 00:22

  • 
  • Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu

    Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu ...

    22-06-2020, 19:04

  • 
  • Fikrət Qoca vəfat edib

    Fikrət Qoca vəfat edib ...

    5-05-2021, 09:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu