Özünün şok açıqlamaları və yaşadığı “sevgi üçbucağı” ilə gündəmə gələn qalmaqallı rəqqasə Nigar Köksal daha bir şok addım atmağa hazırlaşır.
Editor.az-ın redaksiyası ilə əlaqə saxlayan tanınmış rəqqasə deyib ki, o yaxın günlərdə cinsini dəyişərək, kişi olacaq.
N.Köksal deyir ki, artıq bununla bağlı Türkiyənin tanınmış Gülhanə Hərbi Tibb Akademiyası ilə danışıqlar aparılıb: “Bu əməliyyatın qiyməti 25 min manat avrodur. Bunu etmək üçün evimi satıram. Məqsədim kişi olub, qadınların hüquqların qorumaqdır. Mən görürəm ki, kişilər bu gün evdə həyat yoldaşların qoyub, başqaları ilə gəzirlər. Mən indi qadın olduğum üçün məni eşitmirlər, sözüm keçmir. İstəyirəm hörmətli kişilərdən biri olum, cəmiyyətdə mövqeyim olsun ki bu cür halların qarşısın almağa çalışım. Digər yandan, biz müharibə şəraitindəyik. Vətənə daha çox kişi lazımdır. Ona görə, düşündüm ki, cinsimi dəyişib, kişi olum”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?