Çin hakimiyyəti ölkə ərazisində Google korporasiyasının Gmail poçt xidmətini bloklayıb.
Bu barədə hüquq müdafiə təşkilatlarından biri xəbər yayıb.
"Mən düşünürəm ki, hökumət, sadəcə, Çində Google şirkətinin fəaliyyətini ləğv etmək üzrə işə davam edir", – GreatFire.org-un nümayəndəsi deyib.
Onun fikrincə, belə addım istifadəçiləri başqa əlçatan poçt xidmətlərinə keçməyə məcbur edir. Çin hakimiyyəti də məhz bunu istəyir.
Bundan əvvəl Çində Instagram sosial şəbəkəsinə giriş bloklanıb. Həmçinin hökumət dövlət idarələrində Windows 8 əməliyyat sistemindən istifadəyə qadağa qoyub və daima Microsoft-un ofislərində axtarış keçirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?