Bir gün İmam Səccad (ə) (İmam Zeynulabidin ) öz dostlarına dedi: -Kəbədə göyərçinlərin məskən salmasının səbəbini bilirsiniz? İmamın müridləri və dostları : -Ey Rəsulullahın (s) övladı ! Siz buyurun . İmam Səccad(ə) Kəbədə göyərçinlərin məskən salmasının səbəbini söyləməyə başladı : -Qədim zamanlarda bir kişi varmış.Onun evinin ortasında bir xurma ağacı çıxır.Bir göyərçin o xurma ağacının yuxarı budaqlarının arasında yuva qurur.Hər dəfə göyərçinin balaları yumurtadan çıxan kimi , o kişi ağaca dırmaşıb göyərçinin balalarını öldürümüş.Bir müddət bu minvalla keçir.Nəhayət bala üzünə həsrət qalan göyərçin ,bu zalım adamın əlindən Allaha şikayət edir.Ona deyilir: “ O, növbəti dəfə sənin balalarını öldürmək istəyəndə ,ağaca dırmaşarkən ,oradan yerə yıxılıb öləcəkdir !” Deyilən gün gəlib çatır.Göyərçinin balaları yumurtadan çıxırlar.Kişi ağaca dırmaşmağa başlayır.Göyərçin isə bu işin sonunu gözləməyə başlayır.Birdən bu kişinin qapısına bir dilənçi gəlib uca səslə qışqıraraq ev sahibindən yemək və pul istəyir. Kişi dilənçinin səsini eşidib ağacdan aşağı enir və ona istədiyi şeyləri verib yenidən ağaca dırmaşır .O,yenə də göyərçinin yuvasında yumurtadan yenicə çıxmış balaları götürüb öldürür.Sonra da ağacdan aşağı enib gedir.Amma ona heç nə olmur. Göyərçin nalə çəkərək öz dilində Allaha deyir:” İlahi ! Bəs mənə verdiyin vəd necə oldu ?” Göyərçinə deyilir :”Bu kişi öz canını onun qapısına gələn dilənçiyə verdiyi sədəqənin hesabına satın aldı və bəla ondan rədd oldu ! Amma biz tezliklə sənin nəslini çoxaldacağıq və sənə elə bir yerdə məskən verəcəyik ki,Qiyamət gününə qədər heç kimsə sənin nəslinə ziyan vura bilməyəcək !” Allahu-təala göyrəçinin nəslinə Kəbəni məskən qərar verdi.O gündən Kəbədəki göyərçinlər əmin-amanlıq içərisində yaşayır və heç kim orada onları ovlaya bilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?