Dünyanın ən iri sosial şəbəkələrindən biri - “Facebook” 2015-ci il yanvarın sonunda şəxsi videoservisini işə salacaq.
Servis pleylistlərinin formatı və strukturu populyar “YouTube” videohostinqin pleylistlərinə oxşayacaq.
Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək. “Facebook” istifadəçilərinin istənilən videoçarxa baxmaq, habelə layk qoymaq və onlayn şərhlər yazmaq imkanı olacaq. İstifadəçi “YouTube”da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək.
Hazırda şirkətin mütəxəssisləri yeni xidməti testdən keçirirlər.
Sorğu
Yeni dizaynımız necədir?