GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bürclər - 11 yanvar 2015

Bürclər - 11 yanvar 2015

Tarix: 11-01-2015, 00:18 Bölmə :Maraqlı Baxış: 0
Bürclər - 11 yanvar 2015

Qoç - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə qaba və yalnız özünü düşünən insan təsiri bağışlamayın. Fikir ayrılıqları və ixtilaflar həllini tələb edən məsələnin ertələnməsinə səbəb olmamalıdır. Görəcəyiniz işlə bağlı ilkin təəssürat sizi aldatmasın. Sifarişi və ya tapşırığı yaxşıca araşdırın.
Günün ikinci yarısında səhvlərdən yayınmaq və sürətli işləmək üçün yaxşı imkanlar yaranacaq.
Ailə münasibətlərini möhkəmləndirə bilərsiniz. Sevdiyiniz insanla bağlı durum sizdə narahatlıq yaratmamalıdır. Problemlərin çözümü zəhmət və vaxt tələb edir. Tanışlarınız arasında sonradan yaşamınıza təsir edə biləcək insan var.

Buğa - kommunikativ bacarıqlarınız və məharətiniz yüksək səviyyədə olmalıdır. Ehtiyac duyduğunuz məlumatı almaq və informasiyadan hali olmaq üçün fəndgir, hiyləgər olun. Sizdən nələrisə gizlətməyə çalışan insanı diqqətlə müşahidə edin. Bu adama hansı problemlərin təsir etdiyini, onun nəyi aktual saydığını araşdırın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda, sevdiyiniz insanla münasibətlərdə alicənab, qayğıkeş olun. Ailə məsələləri ilə bağlı dürüst qərar qəbul etmək asanlaşacaq. İnandığınız insanlarla məsləhətləşin.

Əkizlər - situasiya dayanıqlı deyil. Qeyri-stabillik sizi narahat etməsin, təbdən çıxarmasın. Başladığınız işi mütləq şəkildə başa vurun. İşlərinizdə dəstək almaq üçün peşəkar əlaqələrinizi yada salın.
Günün ikinci yarısında tərəfdaşlar və müttəfiqlərlə vəziyyəti müzakirə edin.
Adi günlərlə müqayisədə şəxsi münasibətlərdə normallaşma müşahidə olunacaq. Qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Xroniki xəstəliyiniz varsa, ağrılarınız yaranacaq. Axşam saatlarında səhhətinizdə problemlər istisna deyil.

Xərçəng - karyeranız və peşəkar inkişafınızın asılı olduğu insanlarla açıq danışın. Dediklərinizə onların anlayışla yanaşmaları ehtimalı az deyil. Dəstək və ya yardım ala bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək.
Uzun zamandan bəri tanıdığınız tərəfdaşlarla danışıqlar günün ikinci yarısında pis keçməyəcək.
Şəxsi həyat və münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəndə diqqətli olun. Sevdiyiniz insanla açıq söhbət ünsiyyətin normallaşmasına xidmət edəcək.

Şir - inandığınız insanlarla tərəfdaşlığı və əməkdaşlığı bərpa etmək üçün əlverişli gündür. Belə əlaqələr peşəkar fəaliyyət prosesindəki situasiyanın yaxlaşdırılması, müsbət təmayüllərdən yararlanma və habelə uzunmüddətli planların inkişafı baxımından zəruridir.
Günün ikinci yarısında avantüralara qapılmayın, düşünülməmiş addımlar atmayın. Kimisə aldatmağa çalışmayın.
Yaxınlarınızla təmaslarla yanaşı, yeni tanışlıqlar üçün də yaxşı zamandır. Axşam saatlarına yaxın yaşam arealında qayda yaradın. Şəxsi sənədlərinizlə bağlı situasiyanı çözün.

Qız - yaranan problemlər arasında ən təxirəsalınmaz həll tələb edəni müəyyənləşdirin və onu çözməyə başlayın. Yaxşı hazırlaşın. Həll prosesi yüngül olmayacaq. Biliklərinizi sistemləşdirin, xeyli əvvəl öyrəndiyiniz məsələləri yada salın. Daha təcrübəli insana yardım üçün müraciət edə bilərsiniz.
Günün ikinci yarısında münasibətlərdə səmimiyyət, rahatlıq müşahidə olunacaq. Yeni tanışlıqlar istisna deyil. Ümumi maraqlarınızın olduğu insanla və ya xoş xatirələrinizin bağlı olduğu adamla qarşılaşa bilərsiniz.
Stressə əsir olmayın.

Tərəzi - özünüzdən bədgüman olmasanız, başladığınız işi uğurla bitirə bilərsiniz. Fəaliyyətinizin mənasız və ya sonucsuz olacağını düşünməyin. Sədlərlə maneələr yaransa belə, layihəni yarımçıq qoymayın. Problemlərin əksəriyyəti kiçikdir. Onları böyütməyin.
Günün ikinci yarısında yeni tanışlıq istəyirsinizsə, dəvət aldığınız məkana yollanın. Yaxın ətrafınızdakı insanlarla yanaşı, sizi tanımayan insanda da özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Əqrəb - yaşanan situasiya, ilk növbədə, öz problemlərinizin həllini tələb edir. Eqoizmin sağlam səviyyəsi sizinlə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də xeyirlidir. Çətinlikləri aradan qaldırandan sonra dəyər verdiyiniz insanlara yardım edə bilərsiniz.
Günün ikinci yarısında maksimal fəallıq göstərin.
İzafi emosiyalar sevdiyiniz insanla münasibətlərin korlanmasına, hətta qarşıdurma və ya münaqişəyə səbəb ola bilər. Situasiya yetərincə gərgindir. Ən sadə məsələlərlə bağlı yaxınlarınızla dil tapmaq çətinləşir.
Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.

Oxatan - banal və cansıxıcı məsələlərin həlli sizdə narazılıq yaratmasın. Rutin işlərin öhdəsindən gələrək yeni layihənin icrasına başlayın. Etibarsız metodlar seçməyin. İşlərə yetərincə diqqət ayırmasanız, kobud səhvlər istisna deyil.
Günün ikinci yarısında bir zamanlar tərəfdaş və ya müttəfiq olduğunuz insanla qarşılaşacaqsınız. Yaxınlarınızla münasibətlərinizdə mübahisəli vəziyyət yaranacaq. Ailə üzvlərinizə təzyiq göstərməyin, öz fikrinizi zorla qəbul etdirməyə can atın. Haqlısınız, amma insanlara pressinq tətbiq etməyin.
Axşam saatlarında normal istirahət edin.

Oğlaq - günün ilk yarısından etibarən cari məsələlər və rutin qayğılar vaxtınızı alacaq. Çoxdan bəri hazırladığınız planı reallaşdırmaq üçün aktiv olun. Şansları dəyərləndirin, imkanlardan istifadə edin. Sınanmış tərəfdaş və ya etibarlı həmkarın yardımlarından istifadə edin. Onlarla birlikdə çalışaraq yarımçıq işləri bitirin.
Köhnə münasibətləri bərpa etmək üçün günün ikinci yarısı münasibdir. Axşam saatlarında dostlarla görüşmək, xatirələrə dalmaq olar. Bununla yanaşı, ötən problemlərdən biri yada düşəcək. Səhhətinizə fikir verin.

Dolça - işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın. Situasiya qəlizləşdiyindən perspektiv layihələri təxirə salaraq rutin, banal məsələlərlə məşğul olmaq zərurəti yaranır. Sənədləşdirmədə yanlışlıqlar və səhvlər olarsa, əlavə çalışmalı olacaqsınız. Nikbin olun, depressiyaya düşməyin.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizlə dil tapmaq çətindir.
Məişət məsələləri və ən xırda məqamlar ailə üzvləri ilə münasibətlərinizə mənfi təsir etməməlidir. Narahat olmayın, problemi həll etmək mümkündür. Axşam saatlarında vəziyyət normallaşacaq.

Balıqlar - adi günlərlə müqayisədə daha passiv mövqe tutmayın. Süstlük və tənbəllik etməyin. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər üçün məsləhətə və ya göstərişə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım etməyə hazırdır.
Günün ikinci yarısında iş maraqlı olarsa, gəlir və ya mənfəət belə, sizi az maraqlandıracaq.
Axşam saatları romantik münasibətlər üçün əlverişlidir. İlk dəfə qarşılaşdığınız insanla bağlı təəssüratlarınızda yanılmayın. Bu tanışlığı davam etdirməyə dəyib-dəymədiyini düşünün.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bürclər - 8 dekabr 2014

    Bürclər - 8 dekabr 2014 ...

    8-12-2014, 00:12

  • 
  • Bürclər - 12 dekabr 2014

    Bürclər - 12 dekabr 2014 ...

    12-12-2014, 00:10

  • 
  • Bürclər - 16 yanvar 2015

    Bürclər - 16 yanvar 2015 ...

    16-01-2015, 01:15

  • 
  • Bürclər - 12 yanvar 2015

    Bürclər - 12 yanvar 2015 ...

    12-01-2015, 00:34

  • 
  • Bürclər - 10 yanvar 2015

    Bürclər - 10 yanvar 2015 ...

    10-01-2015, 00:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu