GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Çadranı qadağan edən ilk müsəlman hökmdar kim idi?

Çadranı qadağan edən ilk müsəlman hökmdar kim idi?

Tarix: 5-02-2015, 01:19 Bölmə :Maraqlı Baxış: 0
Çadranı qadağan edən ilk müsəlman hökmdar kim idi?

Çadranı qadağan edən ilk müsəlman hökmdar kim idi?

O, ondörd yaşında hakimiyyətə gələrək 49 il səltənət sürdü, müsəlman ölkələri arasında çadranı qadağan edən ilk hökmdar kimi tarixə düşdü.

O, çadranı niyə qadağan etdi?

Hindistandakı Türk-Moğol imperatorluğunun qurucusu Babur Şahın nəvəsi Əkbər Şah geniş islahatları ilə tarixdə çox mühüm yer tutub. Hindistandakı kasta sistemini dəyişdirmək istəmiş, sarayda ilk dəfə qadınların İslam dini elementləri ilə paltarlar geyinmələrini qadağan etmiş, Xristianlıq, Buddizm, Hinduizm və İslam dinləri arasında dialoq qurulmasına çalışmışdı.

Əkbər Şah dinə böyük maraq göstərirdi. Xristianlıq haqqında ona katolik missionerləri Klaudio Akvaviva, Antoni de Monserrat və digərləri geniş məlumat vermişlər. Öz təbəələrinə eyni xoş münasibətlə yanaşan Şah, bütün dinlərin geniş yayılması üçün dini etiqad azadlığını təmin etmişdir.

1582-ci ildən etibarən ölkədə yeni dini inancı bərqərar etməyə çalışan Əkbər Şah Vəzir Əbul-Fəzllə birgə hazırladığı və İnduizm, Zərdüştülik, İslam və Xristianlığın bir sıra elementlərini özündə ehtiva edən «dini-ilahi» adlı yeni din yaratmışdır. Əkbər Şah deyirdi: «Yalnız o din həqiqidir ki, onu ağıl da təsdiq edir. Bəzi axmaqlar, ənənələrin pərəstişkarları əcdadlarının adətlərini ağlın göstərişi kimi qəbul edir və bununla da özlərini əbədi olaraq rüsvayçılığa məhkum edirlər».

Din insanın ruhunda yaşamalıdır

Sarayında müsəlman qadınların dini yalnız ruhən yaşatmalarını istəmiş, dini əlamətləri özündə əks etdirən paltarların geyilməsini qadağan etmişdir. Sarayda hindlilərin türkcə, türklərin və farsların hind dilini öyrənmələri məcburi xarakter daşıyırdı.
Monol imperiyasında dövlət dili türk və hindi dilləri idi. 1574-cü ildə dövlətin inzibati ərazi quruluşunu formalaşdırıb başa çatdıran Əkbər Şah, daxili islahatların aparılmasına başladı. Əkbər, ətrafına ən yaxşı alim, şair, musiqiçi və rəssamları toplamaqla, elm və incəsənət hamisi olduğunu göstərirdi. Onun ən yaxın silahdaşı vəzir Əbul Fəzl bir çox dillərdə danışa bilən, geniş dünyagörüşünə malik bir şəxsiyyət idi. Əkbərin hakimiyyəti dövründə rəssamlıq məktəbi yaradıldı, 24 min cilddən çox inventarı olan zəngin kitabxana toplandı.

Daxili islahatların əsas məqsədi bütün xalqların bərabər hüquqla yaşaya biləcəyi mərkəzləşmiş dövlət qurmaq idi. İlk öncə o, ordu üzərində nəzarəti gücləndirdi, dövlətin yeni inzibati bölgüsünü və vahid vergi sistemini həyata keçirdi. Əkbər Şah ticarətin inkişafına da böyük əhəmiyyət verirdi. Bu məqsədlə avropalılarla da münasibətlər quruldu. Hindistanda Monol imperiyasının hakimiyyətini genişləndirmək üçün, Əkbər Şah hindi racilərini orduda və dövlətdə əhəmiyyətli vəzifələrə cəlb etdi.
Əkbər Şah qeyri-müsəlmanları vergi hüququndan, hindiləri isə onlar üçün alçaldıcı olan can vergisindən azad etdi. Bütün imperiya ərazisində vahid ölçü və çəki sistemi, eləcə də Uluğbəyin cədvəlinə əsaslanan Günəş təqvimi tətbiq olunmağa başladı.

O, dinlərərəsi dialoq başlatmaq istəyirdi

Əkbər Şahın məqsədi Hindistanda yaşayan dinləri birləşdirmək idi. İslam, qədim Hindi dini və Sihizm vahid bir din halına çevrilər və bu dinin xəlifəsi və qoruyucusu da hökmdarın özü ola bilərdi. İslam dininin içki, donuz ətinin yeyilməsinə qoyduğu qadağalara son verərək, rəcm, oğruların qollarının kəsilməsi cəzalarını aradan qaldırdı. Xristianları razı salmaq üçün onlardan cizyə və xərac vergilərinin alınmamasını əmr etdi, dövlət xəzinəsi hesabına kilsələr tikdirdi.
Orucluqda bir ay boyunca ət yeməməyi əmr edən Əkbər Şah, Ramazan ayında ovu qadağan etmişdir. Hindiləri məmnun edən bu qərar müsəlmanlar tərəfindən heç də xoş qarşılanmadı.

Ədalətli şah nələr edirdi?

Öz adına tikdirdiyi məsciddə Cümə günləri dini mərasimlər təşkil etmişdir. Saray əyanlarından ibarət olan müridlərin ictimai həyatlarını nəzarətdə saxlayan Əkbər Şah, onlara yalnız uşaq sahibi olmaq istədikləri zaman xanımları ilə yaxınlıq etməyi əmr etmiş və ailədə uşaq sayını da məhdudlaşdırmışdır. Günəşi Allahın yer üzündəki nur əlaməti kimi qəbul edərək, sarayında qədim Hindi dini simvollarının təsvir edilməsinə icazə vermişdir.

Bununla da, Əkbər Şahən apardığı geniş islahatlar və məqsədyönlü daxili siyasətlə, o dövr üçün mədəni və iqtisadi cəhətdən inkişaf etmiş, dünyəvi və əhalisinin dini etiqad azadlığını təmin edən tolerant dövlətini qurdu. Əkbər Şah Əmir Teymurun nəslindən idi. Məhz bu məqamda Böyük Teymurun gəncliyə ünvanladığı nəsihətinin kiçik bir hissəsini xatırlamaq yerinə düşər: “...Avropalıların dilləri başqa, ürəkləri daha başqadır. Hər halda məmləkətimiz aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzinə çevrilməlidir…”
Bu, türk və İslam dünyası üçün həm də bir çağrı idi...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gəncədə əhalinin "Şah Abbas" məscidinə gedişi qadağan olunub?

    Gəncədə əhalinin "Şah Abbas" məscidinə ...

    4-11-2014, 12:43

  • 
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11

  • 
  • Bu ölkədə "WhatsApp" qadağan edilə bilər

    Bu ölkədə "WhatsApp" qadağan edilə bilər ...

    13-01-2015, 22:43

  • 
  • Nurçuluq ölkədə rəsmən qadağan olunur

    Nurçuluq ölkədə rəsmən qadağan olunur ...

    17-04-2014, 10:13

  • 
  • Azərbaycanda qadağan edilmiş dini kitabların adları bəlli oldu

    Azərbaycanda qadağan edilmiş dini kitabların ...

    7-05-2014, 09:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu