Neft pullarının əvəzinə gətirilmiş qızıl külçələrin taleyi məlum deyil…
Azərbaycan Respublikası Dövlət Nedt Fondunun (ARDNF) aldığı daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilib. London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun alınmış qızıl müvəqqəti saxlanılmaq üçün Mərkəzi Bankda yerləşdirilib. Bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 2 tona (64 300 troya unsiyası) çatdırılıb. ARDNF-nin mətbuat xidmətindən verilən məlumata görə, 1 fevral 2013-cü il tarixinə Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 16 178 kiloqram (520 145 troya unsiyası) təşkil edir. Xatırladaq ki, Azərbaycanın Suveren Fondu olan ARDNF 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya edilə bilər. 1 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon dollar təşkil edir. Dövlət rəsmilərinin bəyanatlarını kağız üzərində olmasını nəzərə alsaq gətirilmiş külçələrin elə ölkəmizdən hansı yollarla çıxarılib xarici banklarda gizlədilməsini də yaxın günlərdə üzə çıxaracağıq. “İqtisadiyyat şöbəsi”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?