Mart boyu "The Bold Italic" jurnalının əməkdaşları çılpaq çalışıblar.
Ölkə.Az xəbər verir ki, San Fransiskoda "The Bold Italic" onlayn jurnalının əməkdaşları bir ay müddətində çılpaq çalışdıqları barədə təəssüratlarını bölüşüblər.
Bir ay boyu işçilər ofisə gələn kimi soyunublar. Bildirilir ki, ofisdə yeganə geyimli şəxs yalnız fotoqraf olub və o üzərində qadın sinəsinin şəkli olan t-shirt geyinib. Əvvəllər bu təcrübə birmənalı qarşılanmasa da, sonradan ofis heyəti buna öyrəşib.
"The Bold Italic"in əməkdaşlarının sözlərinə əsasən, "cinsiyyət orqanlarını azad etmək - şüuru azad etmək" prinsipinə bütün şirkətlər əməl etməlidir.
Sorğu
Yeni dizaynımız necədir?