GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bürclər - 12 aprel 2015

Bürclər - 12 aprel 2015

Tarix: 12-04-2015, 02:00 Bölmə :Maraqlı Baxış: 0
Bürclər - 12 aprel 2015

Qoç - Laübəli, qarışıq gün olduğundan işlərdə tələskənliyə yol verməyin. Düşünülməmiş qərarlar çox pis nəticə verə bilər. Maraqlandığınız işlə məşğul olmaq üçün imkanlar yaranıb. İşdə və təhsildə sizi xoş anlar gözləyir.
Günün ikinci yarısında maddi məsələlər ailə həyatında həyəcanlar yarada bilər. Yaxınlarınız nələrinsə alınmasını istəyirlər. Onların istəklərinin yerinə yetirilməsi ailə büdcəsinə zərbə vuracaq.
Axşam saatlarında normal istirahət edin.

Buğa - Gözləntilərinizdə yanıla bilərsiniz. Mövqelərinizə diqqət yetirin. İrəliləyişlər səylər və cəhdlərsiz mümkün deyil. Maliyyə problemləri, nəzərdə tutulmamış xərclər olacaq.
Birgə fəaliyyət üçün tələb olunan işləri görün.
Günün ikinci yarısında tərəfdaşlıq və əməkdaşlıq məsələləri ön plana çıxacaq. Gəlir vəd edən layihəni reallaşdırın. Önəmli durumla bağlı situasiyada dəyişikliklər olacaq. Sınaqlardan, eksperimentlərdən qorxmayın.
İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Xərcləri minimuma endirin.

Əkizlər - Uğurlu gündür. Yaxın ətrafınıza sərt təzyiq etməsəniz, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Yaşam proseslərinin mahiyyətini anlasanız, sədlərlə maneələri asanlıqla dəf edəcəksiniz. Yaxşı tanıdığınızı düşündüyünüz insanın indiyədək mübhəm qalmış yönlərini aşkarlaya bilərsiniz.
Günün ikinci yarısında təcrübənizi artırın.
Gərəkli informasiyanı əldə etməyə imkan verəcək qərarları təxirə salmayın. Məsləhətlər alın, məlumatları saf-çürük edin. Romantik münasibətlər əlavə impulslar alacaq. Axşam saatlarına yaxın etiraflar, açıq söhbət, perspektiv planların müzakirəsi üçün əlverişli imkanlar yaranacaq. Cari hadisələrin zahiri sadəliyi sizi aldatmasın. Ciddi yeniliklər olacaq.

Xərçəng - Problemlərin çözülməsində qeyri-standart metodlar daha effektivdir. Bütün qayda və təlimatlara riayət etmək, sadəcə, mümkün deyil. Uzun müddətdən bəri sizə opponent olmuş insanla dil tapa bilərsiniz.
Günün ikinci yarısı məhsuldardır. Çoxdan bəri həllini gözləyən məsələni çözün.
Macəralar və avantüralara qatılmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Subaysınızsa, bəxtinizi bir daha sınaya bilərsiniz.

Şir - Günün ilk yarısında aktiv olun. Yersiz və səbəbsiz etiraflar gözlənilməz nəticələr verə bilər. Parlaq, maraqlı olaylar əslində fərqli məzmunda olacaq. Situasiyanı diqqətlə izləyin.
Emosional əlaqələrinizin olduğu insanlarla bağlı gözləntiləriniz doğrulmaya bilər.
Günün ikinci yarısında zərurət olmadan təşəbbüskarlıq etməyin. Yeni işlərə başlamayın, vurnuxmalara qapılmayın. Tələskənliyə yol verməyin.
Daxilinizdə üsyan istəyi var. Qısa müddətdə effektiv nəticə verə biləcək işlə məşğul olmayın. Yaxın gələcəklə bağlı planlarınızı dürüst planlaşdırın.

Qız - Mövqelərinizi qoruyun. Fəaliyyətinizi ətrafınızdakı insanlardan bir qədər təcrid edin. Emosional baxımdan mürəkkəb gündür. Romantika olmayacaq. Hədiyyə gözləməyin. Tənhalığa qapılmayın, müstəqil olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi riskli işlərə cəlb etməyə çalışacaqlar. Başqalarının planlarında fiqura çevrilməyin.
Bildiyiniz sirlər barədə danışmayın. Səhhətinizə fikir verin. Profilaktiki tədbirləri unutmayın. Sizə qayğı ilə yanaşacaq insanlar var.
Alış-verişə yollanmaq olar.

Tərəzi - Maraqlarınızın təminatı üçün sayıq və huşyar olun. Yaşamınızı özünüzü dəyişə bilərsiniz.
Təəssüratlarla emosiyalar yenilənəcək. Eksperimentlər apararaq biliklərlə bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Çox işlərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında ehtiyatlı olun. Çılğın insan təsir bağışlamayın. Başladığınız işləri səliqəli görün. Yaxın ətrafınızdakı insanları müşahidə edin. Yalnız ifrat zərurət yaranarsa risk edin.
Alış-verişdə bədxərclik etməyin.

Əqrəb - Günün ilk yarısında yaxın ətrafınızdakı insanların hədsiz gözləntiləri ilə qarşılaşacaqsınız. İradlar və tənqidlər üçün münasib zaman deyil. İstirahət, əyləncə istəklərini təxirə salın.
İşgüzar ünsiyyətə üstünlük verin. Başqasının rahatlığı üçün prinsiplərinizdən imtina etməyin. Müəyyən çərçivələr daxilində aktivlik pis deyil.
Günün ikinci yarısında ciddi işlərlə məşğul olun. Maliyyə məsələlərinə xüsusi fikir verin.
Rəqabətə davamlılığınızı yoxlayan insan var. Kiçik itkilər istisna deyil. Amma məqsədə doğru qətiyyətlə irəliləyin.

Oxatan - Dəyər verdiyiniz insanların istəklərini və niyyətlərini anlamağa çalışın. Kömək gözləyən insanlara yardım edin. Laqeyd olsanız, bunu sizə deməyəcəklər, amma unutmayacaqlar.
Günün ikinci yarısında həmkarlar və dostlarla birgə fəaliyyətdə xeyir var. Qərarlar qəbul edərkən yalnız öz qüvvənizə güvənin. Yalan, şayiə, intriqa istisna deyil.
Axşam saatlarına yaxın əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Alış-veriş üçün əlverişli zaman deyil. İmpulsiv addımlar atmayın.

Oğlaq - Müşahidə və təhlil üçün yetərincə xəbər alacaqsınız. Bəzi insanları yaxşı tanımadığınızı anlayacaqsınız. Darıxmaq üçün vaxt olmayacaq.
Yaxın ətrafınızdakı insanların nə işlə məşğul olduqlarını bilin. Yardım gözləyən insan var.
Günün ikinci yarısında hərəkətlərinizdə sadəlövhlük və səbirsizlik olmamalıdır. Etiraflardan çəkinin. Emosional əlaqələri inkişaf etdirin. İllüziyaların dağılması istisna deyil. Köhnə plandan əl çəkin, yeni seçim edin.
Yaradıcılıqla məşğul olmaq üçün axşam saatları əlverişlidir.

Dolça - Başladığınız işləri yarımçıq qoymayın. Günün ilk yarısında rutin tapşırıqların öhdəsindən gəlin. Mübahisələrə, yarışlara qatılmayın. Yaxın ətrafınızdakı insanların müqaviməti ilə qarşılaşa bilərsiniz. Dartışmalarda iştirak etməyin. Deyilənlərə rəğmən, hər kəs öz mövqeyində qalacaq.
Günün ikinci yarısında əhvalınız korlana bilər.
Məlumat arayın, eksperimentlər aparın, özünüzü sınayın. Şəxsi münasibətlər üçün sakit zaman deyil. İradların və tənələrin sayını artırmayın. Dəyər verdiyiniz insanı incitməyin.
Maliyyə məsələləri ilə bağlı təkliflərə tələsik cavab verməyin.

Balıqlar - Günün ilk yarısında işlərə müsbət emosiyalarla başlayın. Qüvvəniz artacaq, yaşam enerjinizin səviyyəsi yüksələcək. Əhvalınız nikbin olsun.
Ciddi işləri uğurla həll etmək mümkündür.
Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək məsləhətdir. Axşam saatlarına yaxın dostlarla görüş yaxşı nəticə verəcək. Səhhətinizin qeydinə qalın.
Zərərli vərdişlərdən birindən imtina etmək, pəhriz saxlamağa başlamaq üçün münasib zamandır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bürclər - 17 dekabr 2014

    Bürclər - 17 dekabr 2014 ...

    17-12-2014, 00:30

  • 
  • Günün qoroskopu: 8 İyul 2015

    Günün qoroskopu: 8 İyul 2015 ...

    7-07-2015, 19:09

  • 
  • Bürclər - 20 fevral 2015

    Bürclər - 20 fevral 2015 ...

    20-02-2015, 00:04

  • 
  • Bürclər - 13 dekabr 2014

    Bürclər - 13 dekabr 2014 ...

    13-12-2014, 00:38

  • 
  • Bürclər - 6 fevral 2015

    Bürclər - 6 fevral 2015 ...

    6-02-2015, 00:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu