GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Faktlara əsaslanan “yol əməliyyatı”nın təfərrüatları...

Faktlara əsaslanan “yol əməliyyatı”nın təfərrüatları...

Tarix: 14-04-2015, 21:58 Bölmə :Maraqlı Baxış: 0
Faktlara əsaslanan “yol əməliyyatı”nın təfərrüatları...

Misal üçün, bu yaxınlarda baş vermiş hadisə Kürdəmirdə yox, hələ lap paytaxt Bakıda olsa da, “yol əməliyyatı” maxinasiyasının mayası bir olduğunu düşündük. Belə ki, Bakının Həsən Əliyev küçəsində yol çöküb və yük maşını aşıb. Bir sözlə, Həsən Əliyev-25 ünvanında gedən əsaslı təmir işləri ilə əlaqədar səkiyə çıxan dolu yük maşını səkinin çökməsinə

səbəb olub və qəza yaranıb. Halbuki həmin yolda təmir işləri yenicə başa çatmışdı. Nəqliyyat Nazirliyinin isə bu təmir işlərini necə həyata keçirməsi məsələsi artıq uzun-uzadı anlatdıqlarımızdan dolayı bəlli məsələdir. Yeri gəlmişkən qeyd edək ki, bir sıra yollar, o cümlədən Zabrat-Maştağa, Hövsan-Zığ yolu orta əsrlər Avropasının qədim yollarını xatırladır. Yəni bir az əvvəl qeyd etdiyimiz kimi, oranı “Müasir Mozanbik” adlandırmaq olar. Sürücülər asfalt örtüyünün bərbad olması səbəbindən tez-tez əyləci basmalı olurlar.

Yollardakı çalalar səbəbindən qarşıdan gələn avtomobillərin yoluna çıxan sürücülər qəza vəziyyəti yaradırlar. Bir müddət əvvəl xüsusi məqsədlə, Bakının yol infrastrukturunun yaxşılaşdırılması naminə ayrılmış 10 milyon manatın sorağı gəlməsə də, yollardakı durum çox şeydən xəbər verir. Nəticələr göstərir ki, ayrılan vəsait hesabına cəmi bir neçə qəsəbədə, çox cüzi ərazidə yollar çəkilib, bir neçəsindəki işlər başa çatdırılıb. Amma çox yarıtmaz səviyyədə. Müvafiq sərəncamdan sonra ləng işə başlanılsa da, bir neçə qəsəbədə yollar görüntü naminə asfaltlansa da, bütün işlər yarımçıq, başdansovdu həyata keçirildi. Məsələn, Yeni Suraxanı qəsəbəsində 8 küçə, Şağan qəsəbəsində müəyyən ərazi, Sabunçu rayonunda Anaşkin küçəsi, Sahil qəsəbəsində 3 küçə, Sulutəpə qəsəbəsində bir neçə yol, Binəqədinin Zeynalov və Ələkbərov küçələri, 1-ci və 2-ci mədən küçələri asfaltlandı. İndi isə həmin yollarda kələ-kötürlər əmələ gəlib, bəzi yerlərdə çatlar gözə dəyir. Sanqaçal qəsəbəsində isə bəzi yollara asfalt salınsa da, yol çəkənlər bir sıra yerlərdə asfaltı sona qədər vurmadılar. Bundan başqa NZS qəsəbəsində də görülən işlər ürək açan deyil. Hazırda təmirə ehtiyacı olan yollarda asfaltsalma işlərinin aparılmaması bir sıra sualları cavabsız qoyur. Qeyd edək ki, yolların təmiri üçün ideal fəsil yay və yaz ayları hesab olunur. Belə isə Nəqliyyat Nazirliyi nəyi gözləyir? Daha bir yolda, NZS qəsəbəsindəki Kazımağa Kərimov küçəsində həyata keçirilmiş asfaltsalma işlərinin nəticələrindən danışmağa dəyməz. Azca yağış yağan kimi

küçələrdə gölməçələr əmələ gəlir. Buzovna qəsəbəsində məktəbə gedən əsas yol sakinlərin ixtiyarına verilsə də, onun kənarını hamarlamaq nədənsə «yaddan çıxıb».

Əməkdaşlarımız, eləcə də ayrı-ayrı oxucularımız qəsəbələrin yollarının bərbad halda olmasının canlı şahidləridir. Təəccüblüdür ki, hansı qəsəbədə yollar pisdirsə, gediş-gəliş mümkün deyilsə, həmin ərazilər deyil, təmirə ehtiyacı olmayan ərazilər asfaltlanır. Məsələn, elə götürək Parlament prospektini. Milli Məclisin qarşısı demək olar hər il, özü də iki dəfə asfaltlanır. Halbuki elə ərazilər var ki, ora illərdir asfalt çəkilmir. Kim yolunun düzəlməsini istəyirsə, Nəqliyyat Nazirliyinə müraciət etsə də, ərizə və müraciətlər bəzən elə stolların üstündə qalır. Məsələnin başqa tərəfi də var - əgər dövlət bir körpünün tikintisinə 120 milyon vəsait ayırırsa, 40-dan çox qəsəbənin yolları üçün 10 milyonun nə qədər az olduğu aydın görünür.

Düzdür, bu vəsaitlə bəlkə bir çox qəsəbənin yolunu düzəltmək olar, amma bu bir neçə qış yağışından sonra digər yollar kimi bərbad hala düºəcək. Müºahidələrimizə əsasən deyə bilərik ki, Bakıda qəsəbələrarası və qəsəbədaxili yollar çəkilərkən torpağı bərkitməmiş onun üzərinə 4-5 santimetr qır tökülür, vəssalam. Halbuki ilk növbədə, yol salınacaq qrunt bərkidilməlidir, yağış suyu üçün axacaqlar qoyulmalıdır. 10 milyon manata 1-2 normal qəsəbəni, götürək elə Sulutəpə və Sabunçu qəsəbələrinin yollarını düzəltmək olar. Bakıda hərdən görürsən ki, normal yolu söküb, asfaltlamağa başlayırlar. Halbuki, bu pullara hansısa bir qəsəbənin ən azı bir küçəsini düzəltmək olar. Asfaltlanma işinin gərəkdiyi kimi həyata keçirilməməsi səbəbindən bəzi ekspertlər hesab edir ki, asfaltsalma işləri bələdiyyələrin öhdəliyinə buraxılmalıdır.

Çünki, bələdiyyələr əraziləri yaxşı tanıyır. Dövlət bələdiyyələrə yaşıl işıq yandırmalıdır. Bələdiyyələr arasında prioritetləşmə əsasında layihələnmə aparılmalıdır. Əslində, bir çox qəsəbələri sakinlər özləri salıb. Bir çox şeyləri, qaz, elektrik, su xətləri ilə

yanaşı yolları da sakinlər özləri salıblar. İndi sıra dövlətindir, qəsəbələrə əsaslı kömək lazımdır. Dəfələrlə paytaxtın Səbail rayonu ərazisində, «İstiqlaliyyət» küçəsinin böyük bir hissəsi və onunla kəsişən Şeyx Şamil küçəsi sürücülərin üzünə bağlanıb. Maraqlıdır, paytaxtın mərkəzi yollarının demək olar ki, hər il təmir olunması, asfaltlanması, yenidən qazılması, yenidən təmir olunması Nəqliyyat Nazirliyinin nəyinə gərəkdir? Necə yəni nəyinə? Bir az əvvəl misal çəkdiyimiz yağ-çörək məsələsidir... Belə təmir-bərpa işləri niyə 6 aydan bir, ehtiyac olmadan təkrarlanır? Çünki təmir üçün ayrılan vəsaitin altı aydan bir istifadə olunması göstərilməlidir ki, yenidən maliyyə ayrılmasını gözləmək mümkün olsun... Qeyd etməyə bilmərik ki, elə gözlərə pərdə çəkilməsi məqsədi ilə göz qabağında olan yolların bərpa və təmiri bir dəfə də olsa mərkəzdən kənar qəsəbələrə sirayət etmir. Əgər xatirinizdədirsə, ötən saylarımızda kənd Əhmədlidəki yollar düz 3 il bundan əvvəl prezidentin kəndə səfəri zamanı asfalt üzü görmüşdü. O da sadəcə kənddə inşa ediləcək xəstəxanaya və hamama qədər gedən yolları əhatə edirdi. Prezident gedəndən sonra isə Əhmədli yenə bərbad günə qaldı... Üstünə vurulmuş bəzək də üç il ərzində sıradan çıxdı... İndi Əhmədlinin gününə ağlayan gərək...

Deyirik bələdiyyələrə tapşıraq bu işi. Bir bələdiyyə ki, icra başçısına tabedir, elə bu da “köhnə hamam, köhnə tas” misalı olacaq... “Yol əməliyyatlar”ı silsiləsinin tarixinə nəzər salaq. Hələ 2012-ci ilin qış fəslinin daha sərt və şaxtalı keçməsi, yeraltı kommunikasiya xətlərində yaranan problemlərlə bağlı aparılan təmir işləri, ağır tonnajlı yük maşınlarının həddən artıq yüklənməsi və s. amillər paytaxtın avtomobil yollarına ciddi ziyan vurdu. Fəsadların aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi şəhərin bir neçə əsas yollarında təmir işlərinə start verdi. Yenə də kənar ərazilər «unuduldu».

Mərhələli şəkildə aparılan təmir işləri zamanı zəruri olan yerlərdə kommunikasiya xətlərinin dəyişdirilməsi bəhanəsi ilə

bəzi küçələrdə yenə bər-bəzəkli təmir işləri həyata keçirildi. Sual olunur: - şəhərin mərkəzi küçələrində yol-təmir işlərinin aparılması hansı zərurətdən doğub və ictimaiyyət tərəfindən təqdir olunurmu? Əslində isə, əhali eyni zamanda Bakının qəsəbə və kənd yollarının da təmirini vacib hesab edir. Ötən qışın şaxtalı, qarlı və yağmurlu keçməsi ara yollarda da müxtəlif fəsadlar yaratsa da, dağılan yollar hələ də yolçəkənləri gözləyir. Və bu fəsadların aradan qaldırılmasına ehtiyac var. Bir sözlə, Azərbaycanın ətraf qəsəbə və kənd yollarında sözün əsl mənasında, əsaslı təmir-bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. Day yağ çörək kimi asfaltlayıb pul qatlamağa yox...

Yol infrastrukturunun inkişafı iqtisadi inkişafın təmin edilməsinin başlıca şərtlərindən biridir. Əgər Nəqliyyat Nazirliyi ölkədə iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın ayrı-ayrı sektorlarını dirçəltmək istəyirsə, yol infrastrukturunun inkişafına ciddi diqqət yetirməlidir. Yollar çəkilmədən, təmir olunmadan nə turizmi, nə sənayeni, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkündür. İqtisadiyyatın inkişafı yolların təmir olunmasından keçir. Yolların təmirinin hansı qurumun boynuna düşdüyünü həmin strukturların özləri çox yaxşı bilirlər. Strukturlar, konkret olaraq Nəqliyyat Nazirliyi sadəcə, bu işdə maraqlı olmalıdır. Bizdə bir qayda olaraq öyrənilib ki, yolları hökumət qurumları və ölkə başçısının ayırdığı pullar hesabına təmir etdirmək mümkündür. Halbuki, bu belə olmalı deyil. Rayon icra hakimiyyətləri rayondakı problemləri öyrənib və onların həlli yollarını müəyyənləşdirib sənədləşdirməli, layihə halına salmalıdırlar.

Təkliflər paketini və ya layihəni müvafiq dövlət qurumlarına, o cümlədən Nəqliyyat Nazirliyinə göndərirlər. Amma əfsuslar olsun ki, qəsəbələrin kənar əraziləri yenə bərbad vəziyyətdə qalır. Əslində isə, davamlı şəkildə bu məsələnin üstünə düşülməli, problemin ciddiliyi diqqətə çatdırılmalıdır. Baxımsızlıq üzündən paytaxtın bəzi yerlərində yolların daha

bərbad gündə olması ürəkağrıdan mənzərələrdə özünü əks etdirir. Milyonlarla manat hesabına çəkilən yolların yayda istidən, qışda 10 dərəcə şaxta nəticəsində yararsız hala düşməsi bir daha sübut edir ki, bu yolların çəkilişi üçün nəzərdə tutulan vəsaitin əsas hissəsi təyinatı üzrə xərclənmir. Çünki yolların keyfiyyəti ilə ayrılan vəsait bir-birinə qətiyyən uyğun gəlmir.

Şəhərin yollarının bərbad olmasından hər kəsin xəbəri var, o cümlədən nəqliyyat naziri Ziya Məmmədovun da. Yəqin onun özü də hər gün işə gedəndə çala-çuxur yollardan keçməli olur. Bərbad yollar təkcə bununla yekunlaşmırdı. Bir müddət əvvəl Ayna Sultanovanın heykəlinin yanından 3-cü mikrorayon dairəsinin bir addımlığına qədər yollar bərbad idi. Prospekt başdan-başa çala-çuxur olduğundan qışda yağan qardan sonra hər yer palçıqla örtülmüşdü. Hələ 4 il bundan əvvəl yenidən qurulan Nobel prospektində də vəziyyət ürəkaçan deyil. Prospektə salınmış asfalt yolda hal-hazırda saysız-hesabsız çatlar yaranıb. Səməd Vurğun və 28 may küçələrinin bəzi yerlərində də anoloji vəziyyətə rast gəlmək mümkündür. Burada da irili-xırdalı xeyli çalalar var. Ən dəhşətlisi odur ki, Bakının əsas meydanı olan "Azadlıq” meydanının asfalt döşəməsi də acınacaqlıdır. Yollarda çalaların və çatların çoxluğu tıxacların yaranmasına gətirib çıxarır. Çünki belə hallarda küçələrdə avtomobillər çox aşağı sürətlə hərəkət edir. Bundan əlavə, yollardakı çalalar qəzalara da yol açır. Yol kəsişmələrində, dörd yol ayrıclarında kanalizasiya xətlərinin yoxluğu durumu ağırlaşdıran səbəblərdəndir.

Qeyd edək ki, xarici ölkələrdə yollar salınmamışdan öncə onların altında su, kanalizasiya, rabitə, qaz, elektrik və digər kommunikasiya xətləri çəkilir. Sözügedən sistemlərin hər hansı birində problem yaşananda işçilər yeraltı şaxtalar vasitəsilə problemi həll edirlər.

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​Bakıda QORXUNC QƏZA: mal-qara daşıyan yük maşını aşdı və...

    ​Bakıda QORXUNC QƏZA: mal-qara daşıyan yük maşını ...

    14-03-2018, 20:09

  • 
  • Bakıda tuneldə iki yük maşını qəzaya uğrayıb, yol bağlanıb

    Bakıda tuneldə iki yük maşını qəzaya uğrayıb, yol ...

    20-07-2017, 11:07

  • 
  • Sürücülərə xoş xəbər

    Sürücülərə xoş xəbər ...

    26-11-2015, 18:38

  • 
  • Bu yol təmirə bağlanır

    Bu yol təmirə bağlanır ...

    4-07-2017, 11:32

  • 
  • Bakıda yük maşını aşdı

    Bakıda yük maşını aşdı ...

    11-09-2017, 11:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu