GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda vəhhabi təhlükəsi

Azərbaycanda vəhhabi təhlükəsi

Tarix: 15-04-2015, 22:36 Bölmə :Maraqlı Baxış: 0
Azərbaycanda vəhhabi təhlükəsi

Dini radikalizmin qarşısını almaq üçün görülən tədbirlər yetərlidirmi?

Müasir dövrdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Xüsusilə islami dini cərəyanları arasında radikallaşma meyilləri xeyli artıb. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün deyil, əksinə tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunmuşdur. Din uğrunda edilən müharibələr, və ya din pərdəsi altında aparılan işğançılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil edib. Günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran hal isə, son on illikdə islami radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir.

İslami radikalizmin səbəblərini təhlilə keçməzdən əvvəl, dini radikallığın mahiyyəti ve meyarlarını

izah etmək lazımdır. Çünki müəyyən bir dini cərəyanın radikal olub-olmamasını təyin etmək hər zaman asan deyildir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşmış stereotiplər yeni ortaya çıxmış dini təşkilatlara şübhə ilə yanaşmağa səbəb olur. Buna görə də, adətən qeyr-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun ehtiva etdiyi radikal inanç və praktikalar əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri ənənəvi olmasından asılı olmayaraq yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri-ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da unutmamaq gərəkir.

Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən; başqalarının hüquqlarını pozmaq bahasına

məqsədə çatma fəaliyyətinə deyilir. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərə şamil edilir. Qərbdə radikal dini qruplar “yeni dini hərəkatlar” kategoriyası arasında müzakirə edilir. Din sosiologiyası sahəsində bu mövzuda geniş bir ədəbiyyat yaranıb.Yeni dini hərəkatlar ənənəvi dinlərin xaricində inkişaf edən və ya sonradan ayrılan cərəyanlar üçün istifadə olunan termindir. Təhlükəli dinlər arasına daxil edilən bu dini hərəkatlar yeni üzvlər qazanmaq üçün beyin yuma kimi qeyri-etik üsullara müraciət etmələri, dini qrupun quruluşu cəhətindən isə xarizmatik liderlik və cəmiyyətdən təcrid olunma kimi xüsusiyyətlərə görə tənqidlərə məruz qalıb.

İslam dininə aid edilən radikalizm təmayülünün səbəbləri isə fundamentalizm və iqdisadi-siyasi məhrumiyyətlər amili ilə əlaqələndirilir. İslami fundamentalizm müxtəlif şəkilərdə izah edilir. Birinci növbədə fundamentalizm müqəddəs kitabın literal (hərfi mənada) yozumunu müdafiə etməkdir. Literal izahların yaratdığı problem, belə bir yanaşmanın dini mətinlər ilə müasir elmi nəzəriyyələri, bəzi hallarda isə mövcud hüquqi və etik dəyərlər ilə ziddiyyət təşkil etməsindədir. Dinin fundamental əsaslarına qayıtma və ya bunları günümüzdə olduğu kimi tətbiq etmə ideyası islami fundamentalizmin digər aspektini təşkil edir.

İqtisadi məhrumiyyətlər dini radikalizmə zəmin hazırlayan ən mühüm amildir. Diqqətlə nəzər edəndə radikalların cərgəsinə daha çox gənclərin cəlb edildiyini görürük. İqtisadi cəhətdən təmin edilməyən gənc nəslin radikal və ekstremist

ideyalara meyl etməsi yayqın bir fenomendir. Cihad, “şəhid olma” və ya “əbədi qurtuluş”a çatma kimi ekstremist ideyalar, bu halda dünyəvi məhrumiyyətləri konpensasiya etmə rolunu oynayır. Buna görə də, radikalizmlə mübarizə edərkən sadəcə mötədil dini marifləndirmə ilə yetinməyib, gənclərin və ümumi olaraq cəmiyyətin iqtisadi fürsətlərini artırmaya da əhəmiyyət verilməlidir.

Ümumiyyətlə dini inanc sistemi əxlaqi ve mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi bir ideologiyaya çevriləndə və geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir teskilatlanma şəklində təzahur edəndə dini radikalizm ilə qarşı-qarşıya olduğumuzu bilməliyik. Din ve siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz. Buna görə də liberal demokratik siyasi quruluşlar, inanc və

etiqad azadlıqlarını qanunlarla təminat altına alır, digər tərəfdən isə dini siyasətdən və dövlətdən ayırmaqdadır.

Azərbaycanda da son dönəmlərdə dini durumda əsas narahatlıq yaradan problemlərdən biri dini zəmində radikal təfəkkürlə bağlıdır. Radikal baxışlar İslamın bütün məzhəblərində var. Bu gün Azərbaycanda daha çox vəhhabi(sələfi) radikalizmi barəsində danışırlar və bunun üçün çoxlu səbəblər mövcuddur. Buna görə də bu yazıda daha çox sələfi radikallığı nümunəsində, ümumiyyətlə, ifratçı baxışlarla mübarizənin formaları və metodlarına həsr olunur.

Sələfilər cəmiyyətdə çox vaxt “vəhhabi” adı ilə tanınırlar və bu cərəyana məxsus dindarların sayı yalnız son 5 ildə 100% artaraq 70 min nəfərə çatıb (bütün qruplar üzrə). Bu qrupların daxilində radikal görüşləri təbliğ edənlər var. Sələfi

radikallarının əsas hədəfləri ənənəvi sünni və şiə cərəyanları ilə mübarizə və onların zəiflədilməsi, polis orqanlarında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öz adamlarını yerləşdirməklə onların ələ alınmasıdır.

Sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.

Şeyxülislam əleyhinə və “nurçuluq” adı ilə ortaya atılan isterik materiallar da radikal qrupların

media xidmətləri tərəfindən başladılan oyundur. Məqsəd isə diqqəti özlərindən yayındırmaqdır.

Sələfilərin yaxşı təşkil olunmuş peşəkar media və PR qrupları mövcuddur. Onlar həm ağ, həm də qara PR-in bütün formalarından istifadə edirlər. Onların işlətdiyi onlarla sayt mövcuddur. Sələfiliyin radikal qruplarının qara PR-in əsas xüsusiyyətləri adsız poçt və saxta FB profillərindən istifadə edərək başqalarına böhtan atmaqdan və gündəmi başqa istiqamətə yönəltməkdən ibarətdir. Əsas hədəf isə adətən radikal sələfiliyə qarşı çıxan bütün şəxslər və qurumlar olur.

Zərərli və əsas mahiyyətini itirmiş xalq adətlərinə qarşı maarifçilik prinsipləri inkişaf etdirilməlidir. Əhəmiyyətini itirmiş milli adətlərin və öyrəncəli həyat tərzini sarkastik, satiristik, ironik şəkildə tənqid edən resurslar olmalıdır. Ali məktəblərdə

fəlsəfə kurslarında sekulyarlığa və dünyəviliyə daha çox tədris saatı ayrılmalı, Azərbaycan dövlətçiliyinin fəlsəfəsi tədris edilməlidir.

Dövlətin bu prosesə müdaxilə etməsi, radikal dini qrupların qarşısının alınması üçün ilk növbədə ölkədə dünyəvilik dəyərlərinin təbliğini gücləndirmək lazımdır. İnsanların dini cərəyanlara axının qarşısını almaq üçün dövlət sosial ədalətin təmin olunması, məmur süründürməçiliyinin aradan qaldırılması kimi bir sıra kompleks işləri görməlidir.

Ekspertlər hesab edir ki, əks halda, insanlar əzilib və gələcəyə ümidlərini itirəndə onlar dini-missioner qrupların təsiri altına düşürlər. Bütün bu hallar dövlətin dünyəviliyinə zərbə vurur, onu sarsıdır. Dövlət gərək dünyəvilik və sekulyarizm ideya əsaslarını konseptual şəkildə işləyib ortaya qoysun, ona ciddi əməl etsin ki, dini sahədə olan

bu problemlər cəmiyyətdə qarşıdurma həddinə çatmasın.

Onu da qeyd edək ki, Azərbaycanda dini radikalizmin inkişafı xarici dairələrin xidməti sayəsində baş verib. Hələ Sovet İttifaqının dağılmasından sonra ölkəyə yol açan xarici dini cərəyanları qınayır. Cəmiyyətdə ruhi böşluğu doldurmağa çalışan bu qüvvələr radikallaşmış gənclərdən öz məqsədləri üçün istifadə etməyə can atırlar.

Radikalların daha çox şiə yoxsa vəhhabi cərəyanları arasında olmasına gəlincə, dini radikalizm konkret bir məzhəbin tərəfdarları ilə məhdudlaşmır. Radikal təmayüllü insanlara istənilən məzhənbdə rast gəlmək mümkündür. Amma əlinə silah alıb cihad uğrunda müharibə səhnələrinə yollanan adamlar əsasən "təfrirçi” deyilən insanlardır ki, bunlar hər xırda fərqə görə dindaşlarına düşmən kəsilir və başqalarını addımbaşı kafirlikdə ittiham edir.

Bir çox gənclər erkən yaşlarında siyasi məqsədlər güdən emissarların toruna düşür və ekstremizmi həqiqi dindarlıqla səhv salırlar. Hərçənd ki, Azərbaycnda insanların yalnız 8 faizi şəriətin ali qanun olmasını dəstəkləyir, 9 milyonluq əhalisi olan ölkə üçün bu rəqəm kifayət qədər yüksəkdir ki, onun rifahına təhlükə gətirsin.

Səkkiz faiz yüz min insan deməkdir. Bunların içindən də faiz etibarilə azlıq olanı 7-8 faizi radikallaşmış olsa, bu on minlərlə insan deməkdir. Radikalizm bir hadisə kimi sayın az-çox olması ilə şərtlənmir. Məqsdəyönlü şəkildə hərəkət edən və hər cür zorakılıq əməllərinə hazır olan 5-10 nəfər də ciddi başağrısına çevrilə bilər.

Onu da qeyd edək ki, bir müddət əvvəl IŞID təhlükəsinə görə Azərbaycanda strateji əhəmiyyətli obyektlərin, inzibati binaların və yəhudi ibadət məkanlarının təhlükəsizliyinin gücləndirildiyi xəbəri yayıldı. Bu haqda aen.ru yəhudi informasiya agentliyi məlumat yaydı.

Bilidirlirdi kii, terror təhdidinin səviyyəsinin artması “Islam Dövləti”nin (IŞID) “daxili işlər naziri” Abdul Vahid Xudayar Əhmədin Azərbaycandan olan IŞID-çiləri toplayaraq onları “Qərbin dəstəklədiyi Azərbaycan hökumətinə qarşı hücuma başlamağa” çağırması ilə əlaqəlidir.

Azərbaycan MTN-dən isə bildirildi ki, Azərbaycan Respublikasının maraqlarına, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Ancaq hətta hakimiyyətyönlü millət vəkilləri, məsələn, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc da etiraf etdi ki, IŞID ölkəmizdə hər hansı təxribat törədə bilər. O, dedi ki, IŞID “naziri”nin bəyanatını bizim xüsusi xidmət orqanları dəyərləndirməlidir: «Birinci növbədə biz IŞID fenomeninə əvvəlki nəzərlərlə yanaşmalı deyilik. Sözün həqiqi mənasında bu gün beynəlxalq ictimaiyyət yeni bir fakt qarşısındadır. Həqiqətən də IŞID-in bir coğrafiyası yoxdur ki, oradan həmlə ilə Azərbaycan ərazilərinə zərbə vursun və neft mənbələrinə təhlükə törətsin. Amma orada muzdlu qaydada döyüşən insanlar ölkəmizə dönməkdədirlər. Artıq onların iki partiyası məsuliyyətə cəlb olunub. Onların sayı 25-ə yaxınlaşmaqdadır”.

Bəzi ekspertlərsə hesab edir ki, Azərbaycanın IŞID-in gündəminə gəlməsinin səbəbini izah etmək asan deyil. Amma nəzərə alınmalıdır ki, IŞID-in Azərbaycana qarşı təhdidlərini

qulaqardına vurmaq olmaz. Çünki IŞID-də vuruşanların Azərbaycana gəliş-gedişi var. Onların çoxu bizim vətəndaşlardır. Təşkilatın göstərişi ilə onlar Azərbaycanda terror törədə bilərlər. Buna görə də şübhəsiz ki, sayıqlıq artırılmalıdır.

Samir

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Maşınlarınızın üstünə belə yazılar yazmayın

    Maşınlarınızın üstünə belə yazılar yazmayın ...

    10-12-2015, 12:41

  • 
  • Hakimiyyəti dəyişdirməyə cəhd edənlər ömürlük həbs olunacaq - qanun

    Hakimiyyəti dəyişdirməyə cəhd edənlər ömürlük ...

    14-10-2016, 01:07

  • 
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11

  • 
  • Nurçuluq ölkədə rəsmən qadağan olunur

    Nurçuluq ölkədə rəsmən qadağan olunur ...

    17-04-2014, 10:13

  • 
  • Əflatun Amaşov: "Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır"

    Əflatun Amaşov: "Radikal dini cərəyanların ...

    17-12-2018, 12:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu