GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xəyanət yeri

Xəyanət yeri

Tarix: 20-04-2015, 22:33 Bölmə :Maraqlı Baxış: 0
Xəyanət yeri

Adamlar xəyanəti bağışlamır. Özləri belə deyir. Nədi axı bu xəyanət? Xəyanət güvənin sarsılmasıdı. Ancaq adamlar sevgilini həmişə təqib edərlər, güvənməzlər. Güvənmədiyin adamdan sədaqət tələb etməyin anlamı nədi?
Məntiqsizdi.
Üstəlik, eqosentrikdi. Adamı niyə xəyanət başında yaxalamağa çalışırıq?
Xəyanət anlayışı - cəza mexanizmini rahatca tətbiq etmək, adamları asılı, kontrolda saxlamaq üçün düşünülüb sanki. Növlərə də bölmüşük. Dövlətə xəyanət, ideyaya xəyanət, dost, sevgili xəyanəti, Allaha xəyanət. Alt qatda bir mənfəət var - “mənə sadiq olmalıdı!”. Xəyanət fiziki hadisədi bizim üçün. Bir də sədaqəti dəyər adlandırırıq. Dəyər bir az ilahi, ruhani məsələ deyilmi? Dəyər bu qədər fiziksəl ola bilərmi? İşini atdı, eşini atdı, dövlətini satdı, dinini dəyişdi.

Dövlət sədaqət istəyir, müdür, dost, sevgili... Tanrı belə. Heç biri “sən nə istəyirsən” soruşmur.


Sevgilinin telefonunu yoxlayıb, geyimini qoxlayıb, sosial şəbəkədə gizli profil açıb, onu güdür, kəşfiyyat aparırıq. Adını da qoyuruq sevgi. Gör ha. Sevgi!


Tarix - o özü-özüylə döyüşən, özünü inkar edən, əvəzləyən hadisələr axını belə itaət istəyir bizdən. Onu unutmalı deyilmişik. Heç nə özündən qopmağa imkan vermir. Tarixi insana yükləyib - vətən borcu qoyuruq adını. Sevgilinin telefonunu yoxlayıb, geyimini qoxlayıb, sosial şəbəkədə gizli profil açıb, onu güdür, kəşfiyyat aparırıq. Adını sevgi qoyuruq. Gör ha. Sevgi! Kolleqaya düşmən kəsilib adını rəqabət, tənqid qoyuruq. Övlada hökmümüzü yeridib - adını böyüklük qoyuruq. Gəncliyi susdurub adına ağsaqqallıq deyirik. Nəticədə istədiyi kimi yaşamaq üçün övlad valideyndən, evli həyat yoldaşından, işçi müdürdən, vətəndaş dövlətdən, gənc yaşlıdan, bəndə Tanrıdan qurtulmağa çalışır. Biz yazarlar da istədiyimizi yazmaq üçün bəzən oxucudan qurtulmağa çalışırıq.

İstədiyi kimi yaşamaq deyilsə, insanın haqqı nədi bəs? Adamlardan yaşam qrafikinə əməl etmək tələb olunur. İşə gecikdinsə, töhmət alırsan, qovulursan. İşləmirsənsə yox, qrafikə uymursansa. Evə vaxtında gəlməsən təpki görürsən. Valideyn istədiyi kimi deyilsənsə - pis övladsan. Övlad istədiyi kimi deyilsənsə - pis valideynsən. Elə bil qarşımızdakı - istəkləri, hobbiləri, ehtirasları, kədəri-sevinci olan diri insan deyil. Rus yazıçısı Platonovun “Kotlovan” əsərindən o abzas yadıma düşdü. Adamı işdən çıxarırlar. Deyirlər: “İş vaxtı çox düşünürsən. Düşünmək üçün dövlət sənə bol vaxt verib. İşdən sonra get nə qədər istəyirsən düşün. Hamı düşünsə kim işləyəcək?”

Xəyanət yeri

“Hardasan” əvəzinə “necəsən” soruşub onun gerçəkdən necə olduğunu bilmək istəyi ürəyimizdən keçməz. Nəyə ehtiyacı olduğunu, nə arzuladığını bilmərik illərlə yanımızda yaşayan adamın ...

Adamlara düşünmək üçün belə şans tanımırıq. İmkanımız olsa beyinləri kontrol edən “düşüncə polisi” yaradarıq. Səni nə incidir, nə arzulayırsan, soruşmuruq. “Hardasan” əvəzinə “necəsən” deyib gerçəkdən onun necə olduğunu öyrənmək istəyi ürəyimizdən keçməz. Nəyə ehtiyacı olduğunu, nə arzuladığını bilmərik illərlə yanımızda yaşayan adamın. Görəsən, neçə “suç” dan sonra səbəbini öyrənmişik. “Niyə, nə olub” sualı neçə dəfə səslənib? Xəyanət etdiyini düşündüyümüz kimsəylə nə vaxt səbəbi aydınlaşdırmışıq. Nə zaman anlamışıq adamları.

“Ürəyin yaddaşı” adlı bir film var. Qadin saçını düzəltdirməyə gedir. Ustanın kefi olmur. Həyatı alt-üstdü. Fikirdən müştərinin qulağını qayçıyla yaralayır. Rəhbərlik hamının içində bağırır işçiyə. Müştəri isə sakitcə ustadan soruşur: “Nə olub?” “Hər şey çox pisdi” - usta cavab verir. Qadın kəsimi yarımçıq qoyub təklif edir: “Gedək kafeyə, dərdləşək, çaxır içək”. Usta: “Saç yarımçıq qalıb axı”. Müştəri: “Nə saç, insan həyatı məhv olur burda. Getdik!”.

Xəyanət yeri

“Yaponiyada Haçiko adlı bir itin heykəli var. Bu itin hekayəsi əfsanəyə dönüb. Haçiko hər gün sahibini işədək yola salır, çıxacağı vaxtı dəqiq hiss edib qapıda qarşılayırmış. Bir gün sahibi qəfldən ölür. İt düz səkkiz il həmin iş yerinin qarşısında dayanıb yiyəsini gözləyir, ta ölənədək. Haçikodan kimsə tələb etməyib bunu. Azadlıq öyrədib ona vəfalı olmağı. Dövlət sədaqət rəmzi kimi itin heykəlini ucaldıb"

Biz nə zaman belə etdik? Adamların bizə yenilməsi özgüvənimizi artırır. O zaman boynumuza alaq, özgüvənimiz həm də başqalarından asılıdı. Sağ ol demək yerinə, əzməyə çalışırıq.
Yaponiyada Haçiko adlı bir itin heykəli var. Bu itin hekayəsi əfsanəyə dönüb. Haçiko hər gün sahibini işədək yola salır, işdən çıxacağı vaxtı dəqiq hiss edib qapıda onu qarşılayır. Bir gün yiyəsi qəfldən ölür. İt düz səkkiz il həmin iş yerinin qarşısında onu gözləyir, ta ölənədək. Haçikodan kimsə tələb etməyib bunu. Azadlıq öyrədib ona vəfalı olmağı. Öz seçimidi. Dövlət sədaqət rəmzi kimi itin heykəlini ucaldıb.

Xəyanət yeri

Bu vəfalı heyvanı murdar kimi təqdim edən kültürlər də var. Bəlkə düşünülmüş şəkildə sədaqətlə bağlı nə varsa insandan uzaq tutulub. Çünki insana gerçəkdən sədaqətli olmaq üçün azadlıq gərəkdi.

Bir - birinin haqqını - azadlığını tanıyan cəmiyyətlərdə ədalətsizlik etmək çox çətindi. Burda səni qoruyan, haqqını, azadlığını tanıyan yüzlərlə insan var.
Sədaqət isə azadlıqdan başqa heç yerdədi.

Yazar : Aysel Əlizadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xalq artistindən etiraf: "...xəyanət etmişəm"

    Xalq artistindən etiraf: "...xəyanət ...

    28-01-2015, 22:55

  • 
  • Gülben Ergen ərinə xəyanət edib? - ŞOK İDDİA

    Gülben Ergen ərinə xəyanət edib? - ŞOK İDDİA ...

    21-11-2016, 14:48

  • 
  • Xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

    Xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi ...

    9-06-2016, 11:25

  • 
  • DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

    DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı ...

    24-09-2017, 13:02

  • 
  • Aktrisadan xəyanət iddialarına cavab: "Hamı ilə adım çıxıb"

    Aktrisadan xəyanət iddialarına cavab: "Hamı ...

    7-10-2017, 21:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu