Azərbaycanlı zəvvarlar Həcc ziyarətini artıq başa vurublar.
ANS PRESS-in məlumatına görə, zəvvarların qayıdışı ilə bağlı uçuş qrafikləri artıq məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirdi ki, artıq zəvvarlar ziyarətin sonuncu əməli olan şeytana daş atma əməlini başa vurublar və indi vida təvafı ilə məşğuldurlar.
Zəvvarların şeytana daş atma əməlini sağ-salamat başa vurduqlarını deyən QMİ rəsmisi Müqəddəs Payızov dedi ki, sabahdan etibarən onların Ciddə şəhərindən Vətənə dönüşü başlayacaq: “Hər gün uçuşlar olmaq şərti ilə oktyabrın 2-si Ciddədən azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarı uçacaq”.Həccə yola düşən qrup rəhbəri Hacı Müşfiq açıqlayıb ki, zəvvarlara getməmişdən əvvəl dini ayinlər haqqında gündəlik təlimat verilib. Məkkə və Mədinədə yerinə yetiriləcək işlər rəhbərliklə birlikdə həyata keçirilib. Yəni əmələləri necə yerinə yetirmək üçün kurslar keçirilib.
QMİ-nin işlər müdiri Hacı Həmdulla Babayev bu il əvvəlki illərə nisbətən daha çox həkim briqadalarının cəlb olunduğunu deyib. Həmçinin, zəvvarlar Məkkəddə çox gözəl otellərlə təmin olunub.
Qeyd edək ki, bu il senyabrın 11-dən Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkədə dünyasını dəyişib.
Ümumiyyətlə, bu il Həcc ziyarəti ötən illərə nisbətən faciələrlə daha çox yadda qaldı. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir. Ən son Mina dağında Şeytana daş atma mərasimində basabasda 753 nəfər ölüb, 887 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?