GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Tarix: 23-10-2015, 20:40 Bölmə :Maraqlı Baxış: 0
Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Ölkənin lider mobil operatoru Azercell Telekom-un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni maraqlı layihələr həyata keçirməkdə davam edir.

Oktyabrın 21-də Barama Mərkəzi bu dəfə ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu məqsədlə təşkil olunan mərasimdə çıxış edən Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Fəaliyyət göstərdiyi 19 il ərzində Azercell Telekom MMC-nin Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini söyləyən şirkət prezidenti Azercell-in bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.

Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

BDU-nun rektor Abel Məhərrəmov da bu memorandumun Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verəcəyinə və tələbələrin Azercell və Barama təcrübəsindən faydalanacağına inandığını bildirib.

2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə də əməkdaşlıq edir. Xatırladaq ki, bir müddət öncə ölkənin ən iri banklarından biri olan PAŞA Bank da Barama Mərkəzi çərçivəsində ölkədə gənc sahibkarlara dəstək olmaq məqsədi ilə Azercel-lə əməkdaşlıq etməyə başlamışdı.

Məlumat üçün bildirək ki, fəaliyyətdə olduğu müddət ərzində ölkədə peşəkar jurnalist kadrlarının inkişaf etdirilməsinə öz töhfəsini vermiş Azərbaycanın lider mobil operatoru Azercell Telekom ötən ilin may ayında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün peşə təlimi təşkil edib. Təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq miqyaslı jurnalist Den Meyson iştirak edirdi.

Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.

Azercell ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vahid Mürsəliyev "Azercell Telekom"un prezidenti təyin edilib

    Vahid Mürsəliyev "Azercell Telekom"un ...

    1-12-2015, 13:24

  • 
  • Azercell-in iki sosial layihəsi nüfuzlu mükafata layiq görüldü

    Azercell-in iki sosial layihəsi nüfuzlu mükafata ...

    4-11-2015, 16:25

  • 
  • Azercell elmi dəstəkləyir

    Azercell elmi dəstəkləyir ...

    19-05-2013, 14:20

  • 
  • Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzaladı

    Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu ...

    10-02-2017, 21:58

  • 
  • Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edildi

    Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən ...

    3-12-2015, 00:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu