Fəsil dəyişkənliyi təbiətin şıltaqlığı ilə çuğlaşır. Bir gün payız, bir gün qış havası... Hətta yaz havası da... Günəşlə buludun tez-tez baş verən yerdəyişməsi insan səhhətinə də birbaşa təsir edən amildir. Bu təsirlər özünü hansı şəkildə göstərir və təsirdən necə qorunmalıyıq?
Bu və digər suallara Kəpəz TV-nin (Region TV) əməkdaşı Zülfiyyə Telmaqızının hazırladığı materialda cavab axtaraq...
Dəyişkən hava şəraiti kəskin respirator xəstəlikləri də kəskinləşdirir. Xüsusən səhhətində müəyyən problemlər olan şəxslərdə bu hal özünü daha çevik büruzə verir. Çünki insanın adaptasiya imkanları orqanizmdə gedən kimyəvi proseslər baxımından xeyli yüksəkdir. Ona görə də havaların dəyişkən keçməsi praktiki sağlamlığı olanlara neqativ təsir edə bilməz. Lakin müəyyən qrupa daxil olanlar - uşaqlar, soyuqdəyməyə meyllilər, hamilə qadınlar və yaşlı insanlarda bu uyğunlaşma tam formalaşmadığı üçün bu cür havalar digərlərinə nisbətən onlarda daha çox narahatlıq yaradır.
Reyman Əsgərov - həkim: "Dəyişkən hava ürək-damar xəstəliklərindən stenokardiyanı yaradır, uşaqlarda yuxarı tənəffüs yollarının katarı, həmçinin hipertoniyanı artırır. Qan təzyiqinin də artması ürək-damar xəstəliklərinə gətirib çıxarır. Ona görə də bu cür xəstələr həkimin təyin etdiyi həbləri vaxtlı-vaxtında atmalıdırlar".
Mütəxəssislər məsləhət görürlər ki, həssas insanlar havaların dəyişkən keçməsinə adekvat olaraq, həm geyimlərinə, həm səhhətlərinə fikir verməlidirlər. Sağlam olmaq və sağ canla istənilən havadan zövq almaq üçün...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?