Ölkənin lider mobil operatoru Azercell Telekomun nailiyyətləri sırasına daha bir uğur əlavə olunub. Şirkət "Consulting&Business" jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının “İlin Mobil Operatoru” nominasiyası üzrə qalib seçilib. Mobil rabitə sahəsində ən innovativ meyyləri ölkədə təqdim edən Azercell şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniklərə görə mükafatlandırılıb. Azercell Telekom MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək "Consulting&Business" jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə Azercell-i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib. Vahid Mürsəliyev öz çıxışında Azercell-in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. “Azercell şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb. Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”- deyə şirkət prezidenti bildirib.
Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. “İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?