Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək. gundemxeber.az report-a istinadən bildirir ki, bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq 05:57-dək davam edəcək: "2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək. Təbiət hadisəsi zamanı səmada "gündüz ulduzunun" ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək".
X.Mikayılov qeyd edib ki, tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Sorğu
Yeni dizaynımız necədir?