"Samsung" şirkətinin İndoneziyada olan bölməsi "Youtube" kanalında şirkətin yeni flaqmanı olan "Galaxy S7"-nin görüntülərini yayıb.
Növbəti flaqman görünüşcə keçən ilki smartfonlar "Galaxy S6" və "S6 Edge"-ə bənzəyir. Reklam rolikindən bu qənaətə gəlmək olar ki, yeni qurğu "suya davamlı" olacaq.
Videoda idmançının smartfonu naqilsiz enerji ilə doldurması da əks olunur.
Qeyd edək ki, "Galaxy S7" modeli fevralın 21-də Barselonada "Mobile World Congress" sərgisi zamanı ictimaiyyətə təqdim olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?