GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “NAZİR NAZİRDƏN RÜŞVƏT TƏLƏB EDİR…” - Tanınmış YAP-çıdan maraqlı yazı

“NAZİR NAZİRDƏN RÜŞVƏT TƏLƏB EDİR…” - Tanınmış YAP-çıdan maraqlı yazı

Tarix: 23-02-2016, 16:26 Bölmə :Maraqlı Baxış: 0
  “NAZİR NAZİRDƏN RÜŞVƏT TƏLƏB EDİR…” - Tanınmış YAP-çıdan maraqlı yazı

Alqış Həsənoğlu

Doğrusu , mənə cox qəribə gəlir və izah etməkdə çətinlik çəkirəm ki, ictimai nəzarətlə bağlı müzakirələrin səmti nədən belə dağa – daşa yönləndirilir?

Mövzü şaxələnib, mətləb üstünə gəlmək əvəzinə get-gedə mətləbdən uzaq düşürük.

Axı qos – qocaman mətbuat varsa, biz ictimai nəzarət funksiyasını kim, hansı qurum və necə yerinə yetirməlidir sualı üzərində niyə bu qədər baş sındırmalıyıq?

İctimai nəzarət o demək deyil ki, bir qurum təsis edib ictimai istiqamətini, onun emblemini seçirsən və hər şey qaydasına düşür.

Onsuz da bu cür – ictimai brendli təsisatlar yetərincədir. Təcrübə də göstərir ki, birtərəfli nəzarət cox qısa müddət ərzində inzibatiləşir, yekun olaraq nəzarət yox, əsarət mexanizmi yaranr. Bu da ki, yalnız rüşvəti, korrupsiyanı çicəkləndirən mühiti münbitləşdirə bilir.

Bu səbəbdəndir ki, son vaxtlar bizdə probem – onu həll etmək üçün yaradılmış təsisatı udur, yeyir, həzm eləyir. Və həmin struktur rəhbəri ilə birlikdə problemin ayrılmaz tərkib hissəsinə cevrilir.

Necə ki, Milli Təhlüksizlik Nazirliyi milli təhlükə “istehsal” edir, antitteror idarəsi terrorla məşğul olur, insan alverinə qarşı mübarizə insanı alıb – satır, nazir nazirdən rüşvət tələb edir…

İctimai nəzarət bir nəfərin, bir idarənin yox hamının bir bir- birinə nəzarət edə bildiyi şəfaf bir situasiyadır.

İctimai nəzarətin mahiyyəti, nüvəsi, hərəkətverici enerji mənbəyi isə ictimai rəydir.

İctimai nəzarət o zaman çevik effektiv bir mexanizm olur ki, ölkədə hamı – uşaqdan böyüyə, məmə yeyəndən pəpə deyənə Əlahəzrət ictimai rəydən çəkinir və onunla hesablaşır.

Onda qəzet yalan yaza bilmir, qorxur ki, oxucu onu almayacaq.

Televiziya yalan danışa bilmir, qorxur ki, tamaşaçını itirsin.

Deputat yalan danışa bilmir, qorxur ki, seçici onu bitirə bilər.

Nazir büdcə müzakirəsi ücün parlamentə baş nazirin istifadə etdiyi xidməti avtomoildən qat – qat bahalı maşında gələ bilmir, qorxur ki, Milli Məclis onu cəzalandıracaq və s…

İctimai rəyin formalaşması, ictimai nəzarətin tənzimlənməsi, necə deyərlər, elə mətbuatın köhnə peşəsi, dədə-baba vəzifəsidir. Amma bir şərtlə…

Ki, mətbuat aşırı tərif və boğazdan yuxarı, məqsədli və əksər vaxtlarda isə məkrli pafos üzərində köklənməsin.

Tənqidçi mətbuat yoxdursa, məmur öz ətafinda qayğısız, problemsiz bir mikro çevrə yaradır. Belə bir zərərsizlədirilmiş əhatədə o öz kreslosunda arın – arxayın mürgüləyir, şişir, böyüyür, harınlayır və daha təmtəraqlı, geniş kabinetlərin, daha iri kresloların sevdasına düşür…

Sovet vaxtında mətbuatın gücünü ifadə edən belə bir deyim var idi. Soruşulurdu ki, nazirlə milçəyin oxşar cəhəti hansıdır və belə cavab verilirdi ki, naziri də, milçəyi də qəzetlə əzmək mümkündür.

İndi təəssüf ki, mətbuat ən yaxşı halda nazirin (eləcə də istənilən rütbəli məmurun) milçəyini qovmaqla öz işini bitmiş hesab edir.

Kimdir günahkar? Səbəb nədir?

Bəzən gileylər eişidirəm ki, qüsurlardan, nöqsanlardan yazmağa qoymurlar. Mən buna qətiyyən inanmıram. Düzdür, ola bilər ki, müəyyən direktivlər mövcuddur. Amma əminəm ki, total şəkildə “tənqid” qadağası qarşıya bir vəzifə kimi qoyulmayıb.

Burada daha cox “ağrımayan başıma niyə dəsmal bağlayım” düşüncəsi dayanır. Bu isə redaktor məsuliyyəti yox, bürokrat sayıqlığıdır. Və görünür bu bir az da mentaldan irəli gəlir.

Tarıxdən məlumdir ki, Şoloxovun “İnsanın taleyi” hekayəsi bizimkilərin qəribə bir müqavimətilə rastlaşıb. Tərcüməçi hekayənin tərcüməsini “Azərbaycan” jurnalınına təqdim edəndə redaksiya onu çap etməkdən imtina edib.

Tərcüməci deyəndə ki , axı hekayənin orijinalı “Pravda” qəzetində cap olunub, jurnalın redaktoru cavab verib ki, nə olsun, mən öz sayıqlığımı itirə bilmərəm. Bax belə olanda, redaktor bürokrat təəssübkeşliyi və sayıqlığı ilə fəliyyət göstərəndə mətbuat bir institut olaraq heç nə qazanmır, əksinə ictimailiyini itirir.

Mətbuat ictimailiyini, daha dəqiqi sifətini itirirsə, dövlət də, hakimiyyət də bu itkidən heç nə qazanmır. O da ictimai nəzarəti itirir…

Tarixin acı dərsləri kifayət qədərdir. İctimai -siyasi sabitlik, bir qayda olaraq, “ura”yla, təriflə müşayiət ediləndə, dairə qapanır, artıq sabitlik bir faktor kimi rifaha, tərəqqiyə təkan verməkdən dayanır, sabitliyin ətalətə cevrilmə ehtimalı və təhlükəsi böyüyür…

Çıxış yolu isə birdir. Bürokratik-inzibatı təbliğat öz meydanını müstəqil və sərbəst polemika ilə paylaşmalıdır…

(Qafqazinfo.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirliklərə nəzarət edəcək İctimai Şuraya üzvlük qaydaları bəlli oldu

    Nazirliklərə nəzarət edəcək İctimai Şuraya üzvlük ...

    15-05-2013, 14:27

  • 
  • Dövlət qurumlarının “ictimai nəzarət oyunu”: - “İslahat istəyirlərsə, müxalifətə, QHT-lərə, jurnalistlərə yer versinlər”

    Dövlət qurumlarının “ictimai nəzarət oyunu”: - ...

    4-03-2021, 11:06

  • 
  • İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək

    İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək ...

    30-12-2013, 12:04

  • 
  • KORRUPSİYANIN ARXİTEKTURASI... - belə olurmuş...

    KORRUPSİYANIN ARXİTEKTURASI... - belə olurmuş... ...

    14-02-2025, 21:22

  • 
  • Ekspert Mərkəzi Bankı məhkəməyə verdi - İctimai Şura yaradılsın!

    Ekspert Mərkəzi Bankı məhkəməyə verdi - İctimai ...

    2-01-2021, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu