Anti-armenia Team -in hakerlərinin internet məkanında keçirdiyi ardıcıl, intensiv əməliyyatlar nəticəsində, Ermənistana məxsus “Monte Melkonian Cyber Army” adı altında fəaliyyət göstərən kiber terrorçu qrupa məxsus səhifələr məhv edilib. ASALA üzvü, terrorçu Monte Melkonyanın özü kimi adını daşıdığı qrup da internet məkanında terror əməlləri ilə məşğul olub,lakin onu da elə Melkonyanın taleyi gözləyib. Azərbaycan silahlı qüvvələri tərəfindən 1993-cü ildə məhv edilən Melkonyanın aqibəti bu qrupa da yazılıb və kiber ordu məhz Azərbaycanlı hakerlər tərəfindən zərərsizləşdirilib. Məlumat üçün bildirək ki, “Monte Melkonian Cyber Army” dəfələrlə Azərbaycanın internet məkanına hücumlar təşkil edib. Həmçinin Azərbaycan əleyhinə dezinformasiya xarakterli informasiya yaymaqla məşğul olub. “Anti-armenia Team” bəyan edib ki, bundan sonrada Azərbaycan əleyhinə dezinfor masiya yayan qruplarla mübarizəsini tam gücüylə davam etdirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?