ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTİ) tərəfindən yaradılmış dünyanın ən yüngül günəş batareyalarını istənilən yerdə qurmaq mümkündür.
Sabun köpüyü bir batareyanı asanlıqla saxlayır. Yeni günəş batareyalarını daşınan elektronika, kosmik və aviasiya həllərində, kağız və geyimdə istifadə etmək olar. Batareyanın çəkisi yüngül olduğuna görə gözə görünmür.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bu batareya MTİ-nin innovasiyalar üzrə mütəxəssisi Vladimir Buloviç tərəfindən yaradılıb. Onun komandası uzun illər günəş batareyalarının yaradılması üçün yeni texnologiya üzərində işləyib və nəticədə 3 müxtəlif prosesi birində birləşdirmək üsulunu tapıb.
Bir kiloqram çəkiyə malik adi silisium lövhəsi təxminən 15 vatt enerji generasiya edir. Yeni model 400 dəfə daha effektivdir, çünki 1 qram çəkiyə malik günəş batareyası təxminən 6 vatt enerji generasiya edir.
Belə batareyaları hər bir evə internet paylayan aerostatlardan tutmuş, peyk və kosmik gəmilərədək hər yerdə tətbiq etmək olar.
Sorğu
Yeni dizaynımız necədir?