Azercell Telekom Novruz bayramı ərəfəsində abunəçiləri üçün yeni kampaniyaya başlayıb. 7 mart tarixindən etibarən fiziki statusa malik olan bütün fakturalı xətt abunəçiləri xüsusi “Bahar” kampaniyasından yararlana biləcəklər. Kampaniya çərçivəsində bütün mövcud və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri, Azercell diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) əldə edə bilərlər. Abunəçi kampaniya çərçivəsində iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) telefonları əldə etdikdə, 12/24 faktura dövrü ərzində müvafiq olaraq aylıq abunə haqqı odəməli olacaq. Nəzərinizə çatdıraq ki, kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə bu kampaniyaya qoşulma müqabilində ilk 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi müştəri tərəfindən sifariş etdikdə 2 dəfə pulsuz təqdim olunacaq. Onu da qeyd edək ki, bu tariflərə qoşulmaqla abunəçilər paket daxilində xüsusi bonus və endirimlər alırlar. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən AZEX/MX ofislərinə müraciət edə bilər. Azercell bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlər ilə sevindirməkdə davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?