"Nəhl" surəsi Quranın 16-cı surəsidir, Məkkədə nazil olmuşdur və 128 ayəsi vardır.
gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Nəhl" surəsini oxuyar, uca məqamlı Allah ona verdiyi nemətləri hesaba almaz. Onun əcri o kəs kimi olar ki, ölər və özündən vəsiyyəti yadigar qoyar. Əgər həmin gündə ölərsə, bir neçə savabı olar. O kəs kimi olar ki, ölən zaman yaxşılıqlara vəsiyyət etmişdir". (Tebyan) İmam Baqir (ə) buyurur: "Hər kim "Nəhl" surəsini hər ayda bir dəfə oxuyarsa, dünyada maddi ziyandan və həmçinin 70 növ bəladan ki, onların ən yüngülü dəlilik və cüzam olar - amanda olar. Axirətdə məskəni Ədn behişt olar". Bu surənin bərəkətləri: 1. "Nəhl" surəsi İblisdən (lən) və ordusundan amanda olmaq üçün oxunar. 2. Əgər süd verən qadın südünün artmasını istəyirsə, bu surənin 68-ci ayəsini yazsın və suyunu içsin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?