"Google" və "Yandex" axtarış sistemləri Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə almayıb.
Report xəbər verir ki, Azərbaycanda yay vaxtına keçid, yəni saatların qabağa çəkilməsi martın 27-si səhər 4-də baş verməli idi, lakin bir müddət əvvəl ləğv edildiyindən bu olmadı. Görünən odur ki, "Google" və "Yandex"in axtarış maşınları lazımi səviyyədə köklənməyib və "Bakıda saat neçədir?" sorğusuna hazırkı vaxtdan bir saat irəlini göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?