Qoç - maliyyə məsələsi çox mühüm əhəmiyyət daşıyacaq. Qənaətcil olun, spontan bazarlıqlardan imtina edin. Borc vermək olmaz. Kredit götürmək də məsləhət deyil. Sevgi məsələlərində bəxtiniz gətirəcək. Nəhayət ki, ulduzlar sizi çoxdan gözlədiyiniz görüşlə sevindirmək qərarına gəliblər.
Buğa - gün asan keçməyəcək. Həyat potensialı aşağıdır, üstəlik, vaxtınızın böyük hissəsini ayaq üstdə keçirməli, bir çox məsələlərə cavab axtarmalı olacaqsınız. Ətrafdakılarla yola getmək çətindir.
Əkizlər - bütün məsələ həddindən artıq yükdədir. Sizə sakit, hətta darıxdırıcı və gərgin hisslərdən uzaq istirahət lazımdır. Paraşütdən tullanmaqdan imtina edin, əl işləri ilə məşğul olun, kitab oxuyun və ya yaxşı bir filmə baxın. Ən azı, sevdiyiniz şəxslə gələcək planları müzakirə edin.
Xərçəng - müsbət tendensiyalar hələ də özünü göstərir. Bundan bazar ertəsi başladığınız işləri yekunlaşdırmaq üçün yararlanın. Bürcün bəzi nümayəndələrinə yeni müttəfiqlər tapa biləcəklər. Lakin tapdığınız adamlar lazım olduğu qədər bacarıqlı və diribaş olmayacaqlar. Ona görə də vacib işləri təkbaşına görməli olacaqsınız.
Şir - naxınlarınızla münasibətlərdə müəyyən gərginlik hökm sürəcək. Bu gərginliyin səbəbini tapmağa çalışın. Ola bilsin ki, məsələ adi anlaşılmazlıqla bağlıdır. Bunu xroniki forma almadan tezliklə aydınlaşdırmaq lazımdır.
Qız - gün yaxşı keçəcək. Günə çətin, amma maraqlı işdən başlamaq olar. Birdən-birə bir neçə mülk məsələsinin qənaətbəxş həlli, əvvəllər bağladığınız sövdələşmələrdən gəlir əldə etməyiniz mümkündür. Yaradıcılıq potensialı bir qədər aşağı olsa da, bu, qarşıya qoyulmuş məqsədlərə çatmağa mane olmayacaq.
Tərəzi - çətin gündür. Ətrafdakılarla ciddi fikir ayrılıqları yaranacaq. Üstəlik, dünənədək ağzını açan kimi başa düşdüyünüz adamla dil tapa bilməyəcəksiniz. Rəhbərliklə münaqişələr mümkündür, bəzi Dolçalar iş yerini dəyişmək barədə düşünəcəklər. Uğursuz bazarlıqlar, əbəs xərclər ehtimalı var.
Əqrəb - günün müsbət tərəfi odur ki, nəhayət, diqqətinizi ailə və şəxsi işlərə yönəldə, yaxınlarınzla əlaqələri qaydaya sala və nəyin nə yerdə olduğunu aydınlaşdıra biləcəksiniz. Romantik davamı olacaq gözlənilməz görüş istisna olunmur.
Oxatan - kifayət qədər çətin gün olsa da, ümidsiz deyil. Bütün problemləri təkbaşına həll etməyə çalışmayın. Sizə yardım etməyə hazır olan adamı tapa bilərsiniz. Həmişə açıq-açığına hərəkət etmək lazım deyil, hərdən hiyləyə də əl atılmalıdır. Maddi çətinliklər mümkündür. Lakin onlar müvəqqəti xarakter daşıyacaq.
Oğlaq - emosional fon sabitdir. Yaxşı əhval-ruhiyyəni qoruya biləcəksiniz. Əgər mübahisələr yaransa, tez bir zamanda sülhü bərqərar etmək mümkün olacaq. Yaşlı nəslin nümayəndələri ilə dil tapmaq asan olsa da, uşaqlarla yola getmək çətinlik yaradacaq. Valideyn Balıqlar səbrli olmalıdırlar.
Dolça - Dünənkinin məntiqi davamı olan daha bir uğurlu gün. Əgər dünən ideya və təklifləriniz şövqlə qarşılnmayıbsa, bir daha sınamağa dəyər. Yəqin ki, bu gün nüfuzlu müttəfiqlər tapa biləcəksiniz. Düzdür, işgüzar fəallıq bir qədər aşağıdır - bayram yaxınlaşdıqca insanlar işləməkdən daha çox şənlənməyə kökləniblər.
Balıqlar - Təəssüf ki, bu gün yeni başladığınız işlərdə uğura əmin ola bilməyəcəksiniz. Uğur mübarizəsiz gəlmir və lazım olan nəticəni əldə etmək üçün səy göstərmək lazım gələcək. Siz istənilən köməkdən imtina etməyə meyllisiniz və təkbaşına fəaliyyət göstərməyə üstünlük verirsiniz. Neyləmək olar? Hazırkı şəraitdə bu, ağılabatandır. Çünki müttəfiqləriniz sizin istifadə etdiyiniz üsulları çətin bəyənələr.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?