Bəzi qidaları yeyəndə daha tez acırıq. Orucluqda aclıqdan əziyyət çəkməmək üçün belə qidalardan uzaq durmalıyıq.
gundemxeber.az publika.az-a istinadən aclığa səbəb olan qidaları sıralayıb:
1. Çörək
Bilirik, ağ çörəkdən vaz keçmək çətindir. Heç olmasa bütöv dənli buğda və ya çovdar çörəyi yeyin. Unutmayın ki, 1 dilim ağ çörək 64 kalori olduğu halda, 1 dilim qara çörək 55 kaloridir. Üstəlik qara çörək insanı tox saxlayır.
2. Kartof Kartofun qlisemik indeksi olduqca yüksəkdir. Kartofu xırda-xırda doğradıqda və ya püre halına saldıqda onun qlisemik indeksi daha da yüksəlir. Yəni püre və ya qızartma kartof yesəniz, daha tez acacaqsınız. Kartofu sobada və ya suda bişirmək məsləhətdir.
3. Plov Ağ düyü yüksək miqdarda nişasta ehtiva edir. Ona görə də qan şəkərini dərhal yüksəldir, bir müddət sonra da kəskin şəkildə aşağı salır. İnsan plov yedikdən 1 saat sonra özünü heç nə yeməmiş kimi ac hiss edir. Plov yeməyi xoşlayırsınızsa, ağ düyü əvəzinə qəhvəyi düyüdən istifadə edin.
4. Makaron Əlan növ undan hazırlanan makaronlar da eynilə ağ düyü kimi təsir göstərir. Ona görə də bütöv dənli buğda unundan hazırlanan, kəpəkli makaronlara üstünlük verin.
5. Əncir, üzüm, qovun, xurma Xurma Ramazan ayında ən çox yeyilən qidalardan biridir. Ancaq tez acmamaq üçün xurmanı təkcə iftarda yemək məsləhətdir. İmsak vaxtı isə xurma yemək bütün gün aclıqdan əziyyət çəkməyinizə səbəb ola bilər. Əncir, üzüm, qovun kimi qlisemik indeksi yüksək olan digər meyvələrdən də uzaq durmaq lazımdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?