Yay mövsümünün başlaması ilə ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli kampaniyaya başladı. “Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi SimSim abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini əldə edə bilərlər, özü də, cəmi gündəlik olaraq 0.25 AZN müqabilində. Azercell-in “Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 2323 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidi. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.
Məlumat üçün bildirək ki,“Bölgələrdə Limitsiz danış” kampaniyası ilə Azercell 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir. Artıq bir neçə ildir ki, Azercell -in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli Bölgə tarifi mövcuddur. Belə ki, həmin abunəçilər Bölgə tarifinə qoşulmaqla şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər.
Azercell, hər zaman olduğu kimi, isti yay ayları boyu da abunəçilərini həm yeni sərfəli kampaniyalarla, həm də keyfiyyətli rabitə xidmətləri ilə sevindirməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?