Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. gundemxeber.az immunitet.az-a istinadən bildirir ki, xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır? * yorğunlaq * halsızlıq * ürək yanğısı * tez-tez sidiyə getmə * arıqlama və ya hədsiz kökəlmə. Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır: * çoxlu maye qəbul etmək istəyi * gecələr sidiyə çıxma * aşağı ətraflarda yaraların əmələ gəlməsi * yaraların gec sağalması * aralıq nahiyyədə qaşınma. Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir: * orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir * şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır * yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.
Sorğu
Yeni dizaynımız necədir?