İnstaqram sosial şəbəkəsi daha bir yeniliyi ilə istifadəçilərini sevindirəcək.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, foto paylaşım şəbəkəsində artıq canlı videolar da yerləşdirmək mümkün olacaq.
Canlı video bir saata yaxın davam edəcək. Videoya həmin an baxmaq mümkün olacaq. Canlı yayımdan sonra video serverdə saxlanılmayacaq, ona görə həmin görüntüyə təkrar baxmaq mümkün olmayacaq. Bu xüsusiyyəti sayəsində "İnstagram"ın canlı videoları "Facebook", "Live" və "Periscope" videolarından fərqlənəcək.
Xidmətdən hələ ki yalnız ABŞ sakinləri istifadə edə bilər. Yaxın həftələrdə isə xidmətin bütün dünyada istifadəyə veriləcəyi gözlənilir.
Xatırladaq ki, İnstaqram 2010-cu ildən istifadəyə verilib. Əvvəl bu sosial şəbəkə ancaq "Apple" istifadəçiləri üçün nəzərdə tutulmuşdu. 2012-ci ildən isə "Android" sistemlər də istifadəyə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?