Bilmədən and içmək günah sayılmır, çünki Uca Allah bu ümmətin unutqanlıqdan və bilmədən etdikləri günahları bağışlamışdır. (İbn Məcəh, 2043).
gundemxeber.az zikr.az-a istinadən bildirir ki, bilmədən içilən and, məqsədsiz içilən anddır. Məsələn, Allaha and olsun ki, yeməyi yeyəcəksən, yaxud suyu içəcəksən və s. bu kimi məqsədsiz şəkildə bilmədən içilən andlar. Belə andlar and sayılmır və and içən adam buna görə günah daşımır. Uca Allah buyurur: "Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!"[1] Digər ayədə buyurur: "Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar..."[2]. Aişə (A.R.O.), "Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz)..." - ayəsinin, "Xeyr, Allaha and olsun" və ya "Bəli, Allaha and olsun" - kimi məqsədsiz deyilən andlar barədə nazil olmduğunu demişdir[3].
[1] əl-Bəqərə: 225. [2] əl-Maidə: 89. [3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2789. Buxari: 11/ 547/ № 6663.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?