Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda İŞİD terror təşkilatının gizli özəyinin üzvlərini saxlayıblar.
APA-nın verdiyi məlumata görə, hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı cinayətlər həyata keçirməyi planlaşdıran gizli özək Dağıstanın 4 sakinindən ibarət olub.
Bu gün səhər saatlarında Dərbəndin Buynaksk küçəsindəki evlərin birində İŞİD-in gizli özəyinin üzvlərindən birinin olduğu barədə məlumat daxil olub. Ev mühasirəyə alınıb, ancaq terrorçu təslim olmaqdan imtina edərək atəş açıb. Cavab atəşi ilə terrorçu zərərsizləşdirilib.
Gizli özəyin digər 3 üzvü başqa ünvanlarda aşkarlanaraq saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?