Şükrlə həmd yaxın mənalara malikdir. Bəzən bunları eyni məfhum kimi də qəbul edirlər. Lakin daha dəqiq olan budur ki, şükr - hər hansı yaxşılıq əvəzində təşəkkür etmək, minnətdarlıq bildirməkdir.
gundemxeber.az islam.az-a istinadən bildirir ki, Allahın nemətləri müqabilində Ona razılıq bildirmək şükr sayılır. Həmd isə təmənnasız olaraq tərifləmək, öymək mənasını verir. Məsələn, hər hansı şəxsin bizə xeyri dəyməsə belə, onun müsbət xüsusiyyətlərini sayıb tərifləyiriksə, onu həmd etmiş oluruq. Mömin şəxsin hər bir halda Allahı gözəl adlarla çağırıb, ona öz sevgisini, razılığını bildirməsi həmddir. Buna görə əslində həmd şükrdən daha üstündür.
Sorğu
Yeni dizaynımız necədir?