Bermud Şeytan Üçbucağı, Atlantik Okeanında çox sayda təyyarə və gəminin itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bölgənin adıdır. Bu bölgə Amerikan sahil qoruma təşkilatının 7 saylı bölgə müdirliyinin 5720 saylı raportunda belə təsvir edilməkdədir: “Bermud üçbucağı ya da şeytan üçbucağı deyə bilinən xəyali yer, Atlantik okenaında, ABŞ-ın cənub-şərq sahillərində, açıqlana bilməyən , gəmi və təyyarə itkilərinin çox olduğu bir sahədir. Bu üçbucağın künclərində Bermud adaları , Florudadakı Miami, və Puerto Ricodakı San Juan yerləşir. Kimsənin şərh edə bilmədiyi bu əsrarəngiz fenomen, içində elm adamlarının da olduğu bir çox insan tərəfindən “fövqəltəbii bir sıra güclərin ərazisi” hesab edilir. Bu şərhlər arasında itkin Atlantidanında bu yerdə yoxa çıxdığı düşünülür(bu fərziyyəyə görə atlantik okean bu adla adlandırılıb) İtkin Qitənin heç bir zaman aydın ola bilməyən texnoloji və maqnetiksahələrdən birinin təsirindən və ya o bölgənin dəfələrlə başqa planetli varlıqların ziyarətlərində orada yaratdıqları maqnetik sahənin bir təsiri olduğu, hətta Kristof Kolombun belə tutduğu gündəliklərdə, o bölgədə səmada uçan təyin oluna bilməz cisimlərdən bəhs edildiyi iddia edilmişdir. Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir neçə il əvvəl bir nəticə verdiyinin iddia edilməsi ilə ortaya çıxdı . Bu son iddia ya görə bütün bu sirrli hadisələr əslində sadə bir təbii qaz kütləsinin təsirindən idi . Yeraltından fışqıran təbii qazlar, yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxarlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş quru parcalarıdır. Ancaq, okeanların dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı təzyiqində də təsiriylə qatı hala çevrilir və “hidrat” deyilən ağ və qatı bir maddə halına gəlirlər. Çox dərinlərə dala bilən robot kameralarının bu bölgədəki ağappaq okean döşəməsini və bəzi gəmi dağıntılarını şəkilini çəkməsindən sonra mövzuya bu elmi şərh gətirilmişdir: Bu bölgə, Gulf Stream deyilən isti su axıntısının da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, bu “zəhərli qazlar” sudan yüngül olduqları üçün səthə doğru yüksələrlər. O anda, döşəmədən səthə qədər suyun sıxlığı azalar . O sırada oradan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibini çəkilir Çünki, sıxlığı düşən su, gəmiləri daşıyacaq qaldırma qüvvətini meydana gətirə bilməz. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönər və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə basdırılmış olarlar. Təyyarələrin düşərək itməsi isə yenə eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edərlər. Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gələr. Oradan təsadüfən keçən bir təyyarə dərhal radarları itirər və mühərrikləri dayanar. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə təyyarə də , sürətlə okean döşəməsinə doğru enişə keçər. Cim Ets isə Bermud üçbucağını lentə alan fotoqrafdır. Təqdim etdiyimiz videoda Bermud üçbucağının sirrləri ilə yanaşı Cim Etsin cəsurluğundan da bəhs edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?