Kişiləri keçəlləşmədən xilas edən sadə üsul tapılıb.
Keçəlləşmənin qarşısını adi kofe alırmış. ABŞ alimləri bildirirlər ki, kofeden mütəmadi istifadə kişilərin saçlarının tökülməsinin qarşısını alar və onların qoca yaşlarına qədər saçlarının sıxlığını qoruyar. Nəticədə hər hansı yan effekti olan dərman və məlhəmlərə ehtiyac qalmaz. Belə ki, bu cür vasitələr kişilərdə müəyyən yaşda impotensiya yaradır.
Alimlər bunu daha dəqiq müəyyən etmək üçün təcrübə aparıblar, məlum olub ki, kofein saç follikullarının ömrünü uzatmağa kömək edir. Amma bir məsələ var ki, kofenin təsirinin qalıcı olması üçün onu qatqısız, tünd halda içmək lazımdır.
Həmçinin kofeni daxilə qəbul etməklə yanaşı, dəri üstünə də çəkməyin xeyirli olduğunu deyirlər. Üyüdülmüş dənəciklərdən dəmlənən kofenin çöküntüsünü saç diblərinə masajla çəkməklə, saç diblərini möhkəmləndirmək mümkündür. (publika.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?