Bu gün "ölüm asteroidi" dünyanın bir addımlığından ötəcək. İstiPress-in məlumatına görə, 260 metr diametrində olan göz cismi MC4 bu gün dünyaya ən yaxın nöqtədən keçəcək. Elm adamlarının sözlərinə görə, əgər bu asteroid dünya ilə toqquşsaydı, bu, bütün həyatın sonu ola bilərdi. Göy daşı saat 10 radələrində dünya ilə yaxınlaşacaq. Əslində bu məsafə 2,9 milyon km-dir. Ancaq bu olduqca yaxın məsafə hesab edilir. Açıq gözlə görünməsi mümkün olmayan göy daşının sürəti saatda 74 700 km olacaq. Fransanın "Cote d'Azure" rəsədxanasının astrofiziki Patrik Mayklın sözlərinə görə, bundan daha kiçik ölçüdə bir asteroid belə dünyanın sonu ola bilər. Məsələn, 150 metr diametrlik səma cismi dünya ilə toqquşarsa bu, Xirosimaya atılan atom bombasında 10 dəfə daha güclü təsirə malik olar. Ümumiyyətlə, dünyaya 10 milyon km məsafədən keçəcək olan və potensial təhlükə mənbəyi hesab edilən 1700 asteroid var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?