GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda ikili vətəndaşlıq: cəza da var, istisna da

Azərbaycanda ikili vətəndaşlıq: cəza da var, istisna da

Tarix: 15-07-2017, 10:27 Bölmə :Maraqlı Baxış: 565
Azərbaycanda ikili vətəndaşlıq: cəza da var, istisna da

Vaxtilə Müslüm Maqomayev və Toğrul Nərimanbəyovun ikili vətəndaşlığı olub, amma...

İkinci bir ölkənin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı redaksiyamıza müraciət edərək, bundan sonra ölkəyə qayırdarkən nə etməli olduğunu soruşur. Sualı isə budur ki, eyni zamanda iki ölkə vətəndaşı ola bilərmi? Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul edirmi? Əgər qəbul olunmursa, o, Vətənə qayıtdıqda, haraya necə müraciət etməlidir?
Bu suallar yəqin ki, əksər oxucularımızı maraqlandırır. Bu baxımdan, “Yeni Müsavat” olaraq Azərbaycan qanunvericiliyinin ikili vətəndaşlığı necə tövsif etməsini araşdırmağa çalışdıq.

Hüquqşünas Əkrəm Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs bu haqda aidiyyəti qurumlara məlumat verməsə cinayət məsuliyyəti daşıyır: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşımız bu barədə Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumat verməlidir. Əks halda, o, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə uyğun olaraq 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır".

Ekspertin sözlərinə görə, qanunda istisna hallar da var: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşımız yalnız iki halda paralel olaraq Azərbaycan vətəndaşı kimi də qala bilər - beynəlxalq müqaviləyə və ya dövlət başçısının qərarına əsasən. Belə ki, ”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinə əsasən şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya prezidentin icra qaydasında həll etdiyi hallar istisna olmaqla, tanınmır. Həmin qanunun 18-ci maddəsinə görə isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır.

Beləliklə, ikili vətəndaşlıq Azərbaycanda ümumən qadağandır, amma istisnalar ola bilər. Bununla belə, təbii, xarici dövlətin vətəndaşlığını qəbul etdiyinə görə Azərbaycan vətəndaşlığını itirmiş şəxs sonradan xarici vətəndaşlıqdan imtina edib yenidən bizim vətəndaşlığı əldə etmək üçün ümumi qaydada müraciət edə bilər və dövlət başçısının qərarı ilə onun vətəndaşlığı bərpa oluna bilər".
Hüquqşünas hesab edir ki, mövcud qanunvericiliyimiz günün tələbinə cavab verir: “Bir ara boşluq var idi və icazəsiz ikili vətəndaşlığa malik olanlarımız var idi, amma indi məsələ düzgün həllini tapıb. Ən azı müharibə bitməmiş bu məsələdə liberalizmə yol verilə bilməz. İki dövlətin əsgəri olmaq mümkün deyil. Eyni zamanda bu məsələdə qanunla nəzərdə tutulmuş istisnaları da düzgün hesab edirəm. Məsələn, dünyada tanınmış soydaşlarımız var və onlara ikili vətəndaşlığa malik olmaq imkanının yaradılması düzgündür. Vaxtilə Müslüm Maqomayev və Toğrul Nərimanbəyov kimi sənətkarlarımızın da ikili vətəndaşlığı olub. Yəqin ki, indi də dövlət başçısının icazəsi ilə belə hallar var və bu istisnalar həm dövlətçilik baxımdan, həm də həmin şəxslərin xidmətləri baxımdan əsaslıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan vətəndaşlığı ilə bağlı qaydalar dəyişir

    Azərbaycan vətəndaşlığı ilə bağlı qaydalar dəyişir ...

    23-05-2014, 09:59

  • 
  • 276 nəfər and içib Azərbaycan vətəndaşı oldu

    276 nəfər and içib Azərbaycan vətəndaşı oldu ...

    6-11-2015, 14:19

  • 
  • Kürdəmirin yeni deputatı qalmaqalda: madatı ləğv oluna bilər

    Kürdəmirin yeni deputatı qalmaqalda: madatı ləğv ...

    6-11-2015, 00:56

  • 
  • Ziya Məmmədovun “sağ əli” çətin durumda – Ələkbərovun həbsi gündəmə gəldi

    Ziya Məmmədovun “sağ əli” çətin durumda – ...

    18-05-2016, 18:44

  • 
  • Rusiya azərbaycanlılara pasport təklif etdi

    Rusiya azərbaycanlılara pasport təklif etdi ...

    2-05-2014, 09:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu