Astronomlar qrupu tərəfindən Günəş sisteminin xaricində ehtimallara görə, ilk ay aşkar edilib
.
Nəticənin həqiqiliyi təsdiqlənərsə, "ekzoayın" ölçüsü və kütləsi Neptun planetinin göstəricilərinə yaxın olmalıdır. "Ekzoay" ölçüsü Yupiterə yaxın, lakin kütləsi Yupiterin kütləsindən 10 qat artıq olan planet ətrafında dövr edir. Güman edilən ekzoaydan gələn siqnal NASA-nın Kepler Kosmik Teleskopu tərəfindən qeydə alınıb. Astronomlar oktyabr ayında Hubble teleskopu vasitəsilə müşahidələri davam etdirməyi planlaşdırırlar. Ehtimal olunan ekzoayın aşkar ediməsinə dair məlumat Arxiv pre-print saytında dərc edilib. Bu günə qədər astronomlar tərəfindən Günəş sisteminin xaricindəki ulduzlar ətrafında dövr edən 3,000-dən çox ekzoplanet aşkar olunub. Eyni zamanda paralel olaraq həmin planetlər ətrafında dövr edən ekzoayların da axtarışı aparılır./bbc.com
Sorğu
Yeni dizaynımız necədir?