GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?

Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?

Tarix: 18-08-2017, 12:39 Bölmə :Maraqlı Baxış: 445
Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?


"Ərəblərin əlindən tərpənmək olmur", "Bakıda ərəblərin nalayiq hərəkətləri", "Hicablı ərəb xanımlar çimərlikdə heyrətləndirdi", "Ərəblər Azərbayana kütləvi şəkildə yerləşirlər", "Ərəblər Bakıda kütləvi şəkildə daşınmaz əmlak alırlar", "Qoyun əti ilə evlərin qiymətlərini ərəblər bahalaşdırdı", "Ərəblərin kütləvi axını Azərbaycanda radikal islamçılığı yayacaq"... Bunlar sosial şəbəkələrdə, habelə Azərbaycandakı 6-cı dərəcəli, lümpenləşmiş marginal psevdoxəbər saytlarının yaydıqları "məlumat"lardır.


Tam əksəriyyəti əsassız iddialar, dezinformasiyalardı.

Gerçəkdənmi ərəb ölkələrindən gələn turistlər və həmin dövlətlərin vətəndaşları Azərbaycanın yaşamına, iqtisadiyyatına, mənəviyyatına real təhdid yaradırlar?

Doğrudanmı ərəb mənşəli turistlər Azərbaycanın Yaxın Şərqdə qan çanağına dönən dövlətlərdən birinə çevrilməsinə rəvac verə bilər?

Və ən nəhayət, ərəb turistlərin Azərbaycana axışması pisdir?

Suallara cavab verməyə çalışaq.

"Ərəb turistlərin əksəriyyəti qaba, tərbiyəsiz, kobud insanlardır"

Bu iddia sosial şəbəkələrdə və marginal saytlarda səslənmə statistikasına, yəni "impakt reytinq"ə görə lider mövqe tutur. Yazanlar, danışarlar, gileylənlənənlər "faktlar"a istinad etdiklərini deyirlər.

Hansısa restoranının ofisiantı, çayxananın sahibi, yainki kafenin müştərisi ərəb turistlərin davranışlarından şikayətlənir.

Şikayətlərsə simsiz teleqraf prinsipi ilə yayılan şayiə təsiri bağışlayır.

Fəqət, bir anlıq düşünək ki, iddialar gerçəkdir və həqiqətən də, hansısa Abdulla bin Übeyd, yaxud Muhamməd əl Fərsal evindən çıxıb hava limanına yollananda maşında boğazını arıtlayır, irişir və arvadına deyir: "Ya Aişə, gedək Bakıya, orada hər yerə tüpürək, ayaqlarımızı masaya qoyaq, zibilləyək, kef çəkək!"
Fərz edək ki, belə maniakal-depressiv psixozlu adamların hamısı, sanki, müsaqibədən keçmiş təki haradasa seçilir, səflənir və mütəşəkkil şəkildə Azərbaycana ezam edilirlər, üstəlik hər birinə konkret fəaliyyət proqramı verilir, tapşırılır ki, küçələrə fasiləsiz tüpürsünlər, hər yeri mümkün qədər çox zibilləsinlər, maksimal dərəcədə biədəb davransınlar.

Və ya düşünək ki, İraqda, İordaniyada, yaxud Fars Körfəzi ölkələrindən birində sərhəd xidmətinə xüsusi, gizli təlimat verilib: "Azərbaycana yalnız təhsili olmayan, qaba, kobud adamları buraxın"

Mümkündürmü? Təbii ki, yox. Absurddur bu.

Doğrudur, Azərbaycana gələn ərəb turistlərin hamısı Kembric və ya Stenford universitetlərinin məzunları, yaxud köklü zadəgan ailələrin mənsubları deyillər. Onlar adi, orta statistik, orta yaşam səviyyəli insanlardır.

Aralarında çox yüksək mədəniyyətə malik şəxslər də var, marginallar da.

Üstəlik, turizm sektorunun çox inkişaf etdiyi ölkələrdə "turist sindromu" ifadəsi anlaşılacaq səviyyədə geniş yayılıb.

"Turist sindromu" odur ki, adi həyatda mühafizəkar, hətta qaradinməz, soyuqqanlı insan istirahətə yollananda özünü rahat hiss edir, gündəlik yaşamında yolverilməz saydığı hərəkəti, davranış modelini gerçəkləşdirir. Belə fərd qısamüddətli sərbəstlik kimi tanınan psixoloji situasiyaya qapılır və kənardan onu seyr edənlərdə bəzən təəccüb də yaradır.

Azərbaycana istirahətə gələnlər də gündəlik qayğılardan, rutin şərtlərdən az müddətə də olsa qurtulduqları üçün bəzən ekstraordinar davranırlar və bu, əslində, normaldır.

"Ərəblər Bakıda əxlaqsızlıq edir, mənəviyyatsızlığı yayırlar"

Bir dəqiqə: ərəblər Azərbaycanda mənəvi tənəzzülə, əxlaqi dəyərlərin aşınmasına səbəb olurlar?! Yəni on min və ya yüz min turist bir xalqın davranış ehkamlarını, mənəvi aksiomlarını dəyişə bilərmi?!

1300 il əvvəl ərəblər indiki Azərbaycana yürüş edəndə, istila savaşları aparanda buna nail ola bilmədilərsə, xalqımız əxlaqını, adət-ənənəsini, mənəviyyatını qorudusa, indi ərəb turistlər o Xilafət ordularından üstün ola bilməzlər və bu, sübuta ehtiyacı olmayan bir məqamdı.

Həmin iddialar daha çox düşünülmüş şəkildə yayılan şayiələrə, Azərbaycan iqtisadiyyatının turizm sektorunu hədəfə almış kampaniyaya bənzəyir və deyəsən, elə belədir.

Azərbaycan ölkəyə gələn turistlərin sayını yaxın gələcəkdə minimum 25 faiz artırmaq, 2025-ci ilədək isə turizm sektorunu dünya səviyyəsində, rəqabətədavamlı seqmentə çevirməyi düşünür. Bunun üçün "velosiped icadı"na ehtiyac da yoxdur.

Qonşu Gürcüstan turizmi sürətlə inkişaf etdirir. Belə ki, əhalisi 3,891 milyon olan Gürcüstan ötən il 6,026 milyon nəfər turist qəbul edib.

Azərbaycan əhalisinin sayını nəzərə alsaq, yaxın perspektivlə bağlı qarşımızda duran hədəf ölkəyə minimum 17 milyon turist cəlb etmək olmalıdır.

"Ərəblər Azərbaycanda kütləvi şəkildə daşınmaz əmlak alırlar"

Bəli, xarici ölkə vətəndaşı Azərbaycanda ev ala bilər və həmin yaşayış sahəsi üzərində özünün mülkiyyət hüququnu qeydiyyata aldıra bilər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə və digər qanunla başqa hal müəyyən edilməyibsə, bu Məcəllənin müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici ölkələrin hüquqi şəxslərinin iştirakçısı olduğu mənzil münasibətlərinə də tətbiq edilir.

Əcnəbi vətəndaş yalnız dövlət və ya ictimai mənzil fonduna aid olan mənzili özəlləşdirmək hüququna malik deyillər ("Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq).

Ərəblərin Azərbaycanda kütləvi şəkildə daşınmaz əmlak alması ilə bağlı iddiaları araşdırdıq. Bəlli oldu ki, bu iddia da əsassızdır.

Bundan başqa, Azərbaycan vətəndaşları arasında Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda, Birləşmiş Ərəb Əmirliklərində və İranda daşınmaz əmlak satın alanlar az deyil. Həmin ölkələrin kommersiya strukturları ilə yanaşı, dövlət qurumları belə əməliyyatların sayı ilə miqyasının artması üçün xüsusi proqramlar həyata keçirir, əcnəbi vətəndaşlara imtiyazlar və güzəştlər tələb edirlər.

Kimsə də azərbaycanlıların Bodrumu və ya Dubayı "satın alması" tipli lümpen şikayətlər səsləndirmir.

Nə etməli?!

Azərbaycana hələlik Qərbi Avropadan, Şimali və Cənubi Amerikalardan, Afrikadan, Avstraliyadan və Cənubi-Şərqi Asiya ölkələrindən turist axını güclü deyil. Həmin regionlardakı dövlətlərin sakinlərinin fərqli turizm marşrutları, istirahət etdikləri məkanlar var.

Bizə üz tutanların əksəriyyəti Rusiya, İran, Yaxın Şərq ölkələrindən olanlardır və səbəblər də sadədir.

Rusiyalıları, iranlıları və ərəbləri Azərbaycana cəlb edən onların özlərini rahat hiss edəcəkləri mühit, ciddi adaptasiya tələb etməyən mühitdir. Rusiyalı turistlər əla bilirlər ki, Azərbaycanda olarkən rus dilində danışmaları yetər, üstəlik də, onlar burada postsovet məkanının insanları ilə qarşılaşacaqlar: mental bağlılıq, ümumi cəhətlər az deyil.
İranlılarla ərəblərə gəldikdə isə, sadəcə, bir fakt: marketlərdə halal qidanın nə olduğunu anlatmaq üçün əziyyət çəkilmir.

Avropalılar Yunanıstan, İspaniya, Portuqaliya, Şimali Afrikanı seçirlər və oradakı kurortlarda dincəlməyə üstünlük verirlər.

Biz isə şəraiti praqmatikcəsinə, dəqiq dəyərləndirməli, Rusiya, İran və Yaxın Şərq ölkələrindən olan turistlərin sayını daha da artırmalıyıq.

Çünki adlarını çəkdiyimiz ölkələrdən gələn turistlərin hər biri Azəraycanda istirahət etdiyi günlərdə minimum 2600 dollar pul xərcləyir.

Turizm iqtisadiyyatın elə bir sahəsindir ki, kapital qoyuluşları, investisiyalar çox qısa müddətdə "geri qayıdır" və bu sahədən cəmiyyətin ən müxtəlif tavanlarından olan insanlar gəlir əldə edirlər.

İlin əvvəlindən bəri Azərbaycana 2 milyon turist gəlib və ilin sonunadək bu rəqəmin 3,7 milyona çatması gözlənilir.

Bu isə ölkə vətəndaşlarının yaşamına birbaşa təsir amili sayıla bilər.

Nədən ki, turist axınından hamı faydalanır: məsələn, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ucqar kəndlərdə evlər artıq günü 50-70 manatdan (!) turistlərə icarəyə verilir, əyalətlərdəki evlərdə hostellər yaradılır və beləcə, on minlərlə, yüz minlərlə vətəndaşımız güclənməkdə olan turizm sektoru vasitəsilə rifah səviyyələrini yüksəldirlər.

"Ərəblərin əlindən tərpənmək olmur" tipli marazmatik, ksenofob və marginal açıqlamalar isə təsadüf deyil. Bu şayiələr spontan yayılmır. Yaxşı olar ki, dövlət qurumları şayiələrin mənbələrini aşkarlasınlar.

Bu, artıq dövlət maraqları səviyyəsində olan məsələdir çünki.

... Azərbaycanda viza alınması prosedurunun bu yaxınlarda sadələşdirilməsi sayəsində Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Fars körfəzi ölkələrindən gələn qonaqların sayı 30 dəfə artıb. Bu barədə BƏƏ-nin "Arabian Gazette"i yazır.

Nəşr bildirir ki, ərəb ölkələrinin bir çox sakini Azərbaycana gəlməyə hazırdır və bu amil ölkənin turizm potensialının artımını stimullaşdırır: "Ölkənin ən çox ziyarət edilən şəhəri Bakı olub. Digər cəlbedici səyahət istiqamətləri Qəbələ, Naftalan, Şahdağ, Quba, İsmayıllı, Qax və Zaqataladır".

Ekspertlərin dediklərinə görə, Azərbaycanın təbii resurslarını nəzərə alsaq, ölkənin turizm potensialı həddən ziyadə böyükdür. Əyalətlərdə otellərin və istirahət mərkəzlərinin sayını artırmaqla yanaşı, nəqliyyatdan tutmuş, sutkaboyu çalışan marketlərədək zəruri infrastruktur yaradılması istiqamətində hələ çox iş görmək gərəkdir.

Eyni zamanda, cəmiyyətdə turistlərə dözümlülük artırılmalı, müvafiq davranış kriteriləri bərqərar olmalıdır.

Turizm bitmək bilməyən gəlir mənbəyidir və bunu bir çox ölkələr çoxdan anlayıblar.

Azərbaycan isə turizmdən yaxın perspektivdə hər il minimum 6-8 milyard dollar əldə edə bilər.

Bu, qayət real rəqəmdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nura ərəblərin müdafiəsinə qalxdı: "Ruslar bizə "çuşka" kimi baxanda...?"

    Nura ərəblərin müdafiəsinə qalxdı: "Ruslar ...

    15-08-2017, 17:46

  • 
  • Ərəblərin 6-təkərli “Galendewagen”ləri Neftçalada batdı

    Ərəblərin 6-təkərli “Galendewagen”ləri Neftçalada ...

    17-02-2017, 00:50

  • 
  • Hacıqabulda ov edən ərəblərin atdığı güllə mikroavtobusa dəydi

    Hacıqabulda ov edən ərəblərin atdığı güllə ...

    16-04-2017, 20:34

  • 
  • Ərəblər Bakının mərkəzində oğurluq etdilər

    Ərəblər Bakının mərkəzində oğurluq etdilər ...

    29-07-2017, 16:55

  • 
  • Azərbaycanlı qızlar oğlanlarımızı biabır etdilər: “Hara baxırsınız, ərəblər bizə sataşırlar…” – VİDEO

    Azərbaycanlı qızlar oğlanlarımızı biabır etdilər: ...

    8-08-2017, 14:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu